Zelenski Donetskdə olub -FOTOLAR
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Donetsk vilayətinə gedərək hərbçilərlə görüşüb.
Yenixeber.org: Ukrayna lideri bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
Zelenski Ukrayna hərbçilərinin cəbhənin bəzi sahələrində vəziyyətlə bağlı hesabatlarını dinləyib.
“Biz briqada komandiri ilə əsgərlərin üzləşdiyi problemləri və onların həlli ilə bağlı təklifləri müzakirə etdik”, - deyə Zelenski qeyd edib.
