Yenixeber.org: Bu barədə “İnews” Böyük Britaniyanın Hökumət Kommunikasiya Qərargahındakı mənbəyə istinadən xəbər verib. Hadisə 2021-ci ildə baş verib. Belə ki, hakerlər Teams proqramı vasitəsilə Böyük Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşlarının məxfi məlumatlarına daxil olublar, o cümlədən e-poçt yazışmalarının və görüşlərin nüsxələrini əldə ediblər.
Mənbə iddia edir ki, bu, idarənin əməkdaşlarından birinin poçta daxil olan məktubu təsadüfən açması səbəbindən baş verib. Nəşr vurğulayır ki, hakerlər məxfi məlumatlara çata bilməyiblər, lakin onların xaricdəki səfir və ya diplomatların yazışmalarına çıxış əldə etməsi mümkündür.
Hakerlər Britaniya XİN-in daxili sisteminə giriş əldə ediblər
