Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Xarici diplomatlar Ağdam şəhərinin Baş Planı ilə tanış olublar - FOTO - VİDEO - YENİLƏNİB

 

saat 17.10

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdam şəhərinin Baş Planı ilə tanış olublar.

Yenixeber.org: Qarabağ büromuzun məlumatına görə, “Azərbaycan İnkişaf Şirkəti”nin memarı Anar Yusifli Ağdam şəhərinin Baş Planı barədə ətraflı məlumat verib.

Bununla da xarici diplomatların Ağdama səfəri başa çatıb.

***

saat 16.23

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdam rayonu Qiyaslı kənd məscidinə baş çəkiblər.

Qarabağ büromuzun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və məşhur fotoqraf Reza Deqqəti diplomatlara ermənilərin burada törətdiyi vandallıq əməlləri barədə məlumat veriblər.

***

saat 15.50

Ağdamda səfərdə olan Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Şahbulaq qalasında olublar.

Məlumata görə, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov diplomatlara Şahbulaq qalasının tarixi və erməni vandalizmi barədə məlumat verib.

***

saat 14.40

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdam şəhərinə səfər ediblər.

 Qarabağ büromuzun xəbərinə görə, diplomatlar Ermənistanın işğalı altında olduğu dövrdə Ağdam şəhərinin tamamilə dağıdıldığının şahidi olublar.

Onlara Ağdam Dram Teatrının qalıqları da nümayiş etdirilib. Diplomatlara Ağdam şəhərinin işğaldan öncəki vəziyyəti barədə də məlumat verilib. Eyni zamanda diplomatlar Ağdam şəhərinin Baş Plan əsasında yenidən qurulacağı barədə məlumatlandırılıblar.

***

saat 14.18

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Cümə məscidini ziyarət ediblər.

Məlumata görə, diplomatlara ermənilərin işğal dövründə məsciddə törətdikləri vandallıq barədə məlumat verilib.

***

saat 13.44

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatlar Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi “İmarət” kompleksində olublar.

Qarabağ büromuzun məlumatına görə, diplomatlar kompleksin ərazisini gəzib, ermənilərin işğal müddətində burada törətdiyi dağıntıları gözləri ilə görüblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və məşhur fotoqraf Reza Deqqəti diplomatlara ermənilərin işğal zamanı Pənahəli xanın, İbrahim xanın, Mehdiqulu xanın türbələrini, Xan qızı Xurşidbanu Natəvanın məzarını dağıtdıqları barədə məlumat verib.

***

saat 12.56

Azərbaycanda akkreditasiya olunmuş səfirlər, hərbi ateşelər, diplomatlar, Azərbaycana qeyri-rezident əsasda akkreditasiya olunmuş diplomatların Ağdama səfəri başlayıb.

Yerli büromuzun məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatları işğal dövründə Ermənilərin Ağdamda törətdikləri dağıntılar və hazırda Ağdamda aparılan quruculuq işləri ilə tanış edəcək.

FotoVideo

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam