"Biz heç kimlə döyüşmək fikrində deyilik" -Lukaşenko
“Biz aqressiv insanlar deyilik, bir daha vurğulayıram: biz heç kimlə döyüşmək fikrində deyilik. Bunu sizə hər zaman deyirəm”.
Yenixeber.org:Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Biz sülhsevər insanlarıq. Biz hamı ilə əməkdaşlıq etmək istəyirik. Aİ ölkələri Belarusun qonşularıdır və onlarla münasibətlər pozulmamalıdır. İndi biz ilk növbədə Şərqin hesabına yaşayırıq - Rusiya və Çinlə əməkdaşlıq edirik. Amma yüksək texnologiyalı Qərbi də unutmaq olmaz. Onlar bizim qonşularımızdır. 2024-2025-ci illərdə əminəm ki, dünyada ciddi dəyişikliklər olacaq”, - deyə Lukaşenko vurğulayıb.