Lavrovun Laçın və Ağdam yolu ilə bağlı təklifi niyə reallaşmayıb?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ağdam-Xankədi və Laçın yollarından istifadə ilə bağlı kompromis variant təklif edib.
Yenixeber.org: Bu barədə "Kommersant" nəşri mənbələrinə istinadən yazıb.
Mənbənin sözlərinə görə, təklifin mahiyyəti əvvəlcə Ağdam yolunun açılması və BQXK vasitəsilə lazım olan hər şeyin oradan çatdırılması, bundan 1 sutka sonra isə Laçın yolunda nəqliyyatın hərəkətinin bərpasından ibarət olub.
“Bu variant yüksək səviyyədə hazır idi”, - mənbə əlavə edib.
Məlumata görə, daha sonra separatçılar işi pozub və Laçın yolu ilə bağlı 1 sutkalıq fasilənin yaranmamasını və Ağdam yolundan Azərbaycan mənşəli malların keçməməsini istəyiblər.
Nəticədə Lavrovun təklifi reallaşmayıb. Mənbə təklifin nə vaxt irəli sürüldüyünü açıqlamayıb.