Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ŞƏHİD BALASI

ŞƏHİD BALASI
 
Son günlər erməni silahlıların hücumlarının qarşısını alarkən hərbi qulluqçularımız qəhrəmancasına şəhid olub.
Yenixeber.org:   

 

“Öldür, qurban olum, dərdim axarı,

Yarımçıq saxlama işi əlində.

Bu əclaf dünyada nə olar barı,

Bir şair can versin kişi əlində.”!!!

 
Kimə əl açırsan? Hirs məni üzür,
Dağ üstdə dağ çəkmə, bəxti kəm bala.
Mənim ciblərimdə para nə gəzir,

 

Mən saray şairi deyiləm, bala.
 
Ümid gözlərindən boylanır key- key,
Gözünə baxıram gözüm oyulur.
Vətən ayrı şeydir, Saray ayrı şey,

 

Bu saray vətənə qarşı qoyulur.
 
Mən ala bilmirəm, bala, qadanı,
Yolumu salıblar dumana, çənə.
Qaldırıb göylərə yurdu satanı,

 

Saray şeytanları toy tutur mənə.
 
Yerin var gözümün üstündə belə,
Yanmaz mənim kimi halına heç kim.
Bu saray vətənə bab gəlmir hələ,

 

Mən səni nə təhər xöşbəxt eyləyim?
 
Mən heç nə ummuram sevgimə görə,
Adımdan deyilən yalan deyilir.
Məni nə bağlayıb görən bu yerə,

 

Burdakı düşünən başlar yeyilir.

 

Qanımız buğlanır cəllad tasında,
Bu necə bəladır, necə qadadır?
Məni o yandırır bəy libasında,

 

Bizə divan tutan bəy yox, gədadır.

 

Xaraba qoyulur xalqın qalası,
Nə haldır bu mənim halımda böylə?
Əl açma sən mənə,şəhid balası,

 

Huş başdan olmamış bir ağı söylə.

 

Söylə, cana gəlsin sözüm dilində,
Al quru canımı, bala, ərk ilə.
Dirilt sözlərimi ölüm əlində,

 

Ölüm şairini sonra dərk elə.

 

Ay bala, dərk elə onsuz da dövran,
Hələ də şairin üzünə gülmür.
Şairlər dünyadan köçür nigaran,

 

Şairlər bu gün də əcəllə ölmür.

 

Adəmdən- Xatəmdən üzü bu yana,
Nadan gülləsinə tuş gəlib onlar.
Özün öldür məni, özün bat qana,

 

Onsuz da qanıma susayıb bunlar.

 

Öldür, qurban olum, dərdim axarı,
Yarımçıq saxlama işi əlində.
Bu əclaf dünyada nə olar barı,

 

Bir şair can versin kişi əlində.

Mübariz Məsimoğlu 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam