Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Artur Osipyan: “Gəlin dünya ictimaiyyətini aldatmayaq, Qarabağda acından ölən adam yoxdur”

“Gəlin dünya ictimaiyyətini aldadaraq, əhali arasında təşviş yaradaraq guya Qarabağda yaşayanların acından öldüyünü iddia etməyək”.

Yenixeber.org: CBC telekanalında yayımlanan videosüjetdə qeyd edilir ki, bu sözləri Ermənistanda yayımlanan telekanalın efirində çıxışı zamanı Azərbaycanın Qarabağ bölgəsində özünü separatçıların nümayəndəsi kimi təqdim edən Artur Osipyan deyib.

O, blokada və ərzaq çatışmazlığı iddialarını təkzib edib.

Artur Osipyan vurğulayıb ki, hazırda Qarabağda yaşanan vəziyyət, əslində, hər zaman mövcud olub və ölkəyə rəhbərlik etmiş şəxslər 30 il ərzində Qarabağı talan ediblər.

“Hazırda yaşananların blokada ilə əlaqəsi yoxdur, Qarabağda bir qrup insan hər zaman yaxşı yaşayıb, digər qrup isə bir tikə çörəyi çətinliklə qazanıb”, - Artur Osipyan vurğulayıb.

Süjetdə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Fransanın aparıcı “LeMonde” qəzetinə müsahibəsinə də yer verilib.

Həmin müsahibədə Elçin Əmirbəyov vurğulayıb ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata uyğun olaraq Laçın yolundan humanitar məqsədlər üçün istifadə edilməli olduğu halda, iki il yarım müddət ərzində rəsmi İrəvan bu yoldan qeyri-qanuni məqsədlər, o cümlədən Azərbaycan ərazisinə silahlı qüvvələrini, habelə silah-sursat göndərmək üçün sui-istifadə edib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam