İşdən çıxarılan icra başçısı KİMDİR...
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Mahirə Adnayeva Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat olmayıb.
Yenixeber.org: Mahirə Adnayeva 2021-ci ildə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
O, daha əvvəl Sədərək rayon İcra Hakimiyyəti başçısının müavini, RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifələrini tutub.
Mahirə Adnayeva İkinci Dünya müharibəsi veteranı mərhum Ramazan Adnayevin gəlinidir.