Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İşdən çıxarılan, yeni təyinat alan icra başçıları

İşdən çıxarılan, yeni təyinat alan icra başçıları
Azərbaycanda kadr və struktur islahatları davam edir. İlin əvvəlindən başlayaraq aparılan islahatlar nəticəsində bəzi məmurlar vəzifələrini itirib, onları yeni kadrlar əvəzləyib. Bu il digər sahələrdə olduğu kimi bəzi icra hakimiyyətlərində də rəhbər dəyişiklikləri olub.
Yenixeber.org: Cari ildə işindən azad olunan və yeni təyin edilən icra başçıları ilə bağlı məlumatları oxuculara təqdim edir:

Fevralın 5-də Elşən Salahov Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. E.Salahov bundan əvvəl həmin rayonda icra başçısının birinci müavini vəzifəsində çalışıb.

Aprelin 2-də Siyam Hacıyev Naxçıvan Muxtar Respublikasının Culfa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.

Aprelin 5-də Asif Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, digər sərəncamla Şabranın icra başçısı təyin olunub. Novruz Novruzov isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Siyəzənə icra başçısı göndərilib.

Həmin gün Nizaməddin Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və Ağstafanın icra başçısı təyin olunub. Məhərrəm Quliyev isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq Goranboyun icra başçısı təyin edilib.

Mayın 17-də Nazim İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Siraqəddin Cabbarov isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub, digər sərəncamla Sabirabad rayonuna başçı göndərilib.

Sentyabr 30-da Ənvər Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Vahid Tağıyev təyinat alıb.

Oktyabrın 31-də Qoca Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun postu Anar Tağıyevə həvalə olunub. A.Tağıyev bu təyinatadək Nəsimi rayon icra hakimiyyəti başçısının müavini olub.

Həmin gün Şəmsəddin Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Elnur Rzayev Xaçmaza yeni icra başçısı təyin olunub. E.Rzayev bu təyinatadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini işləyib.

Noyabrın 12-də Rafiq Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. R.Quliyev bu təyinatadək icra başçısının 1-ci müavini vəzifəsində işləyib. Bundan əvvəlki icra başçısı olan Razim Məmmədov isə ötən ilin dekabrın 13-də tutduğu postdan kənarlaşdırılıb.

Prezidentin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Suraxanı rayonuna başçı göndərilib.

Həmin gün imzalanan digər sərəncama əsasən Elşad Həsənov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. E.Həsənov bu təyinatadək Milli Məclisin deputatı olub.

Eyni tarixdə Mərdan Camalov isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Zərdabın icra başçısı təyin edilib. Lütvəli Babayev isə Zərdabın icra başçısı vəzifəsindən kənarlaşdırılıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən İlqar Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinat alıb.

Noyabrın 20-də Şahin Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Masallının icra başçısı Rafil Hüseynov isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dekabrın 4-də Vüqar Novruzov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. V.Novruzov bu təyinatadək Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini olub.

Həmin gün Əhməd Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun yerinə Rüstəm Xəlilov təyinat alıb. R.Xəlilov bu təyinatadək Milli Məclisin deputatı olub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam