Yenixeber.org: Bu barədə İsveç hökumət başçısı TT agentliyinə bildirib.
"Bu təhqiramiz aktların həyata keçirilməsinə icazə üçün bir sıra əlavə müraciətlər edilib. Onlara icazə verilsə, ciddi hadisələrin baş vermə riskinin olduğu günlər bizi gözləyir. Bunun nəyə gətirib çıxara biləcəyindən çox narahatam", Kristersson deyib.
Qeyd edək ki, İsveç mətbuatı təhlükəsizlik polisinin, fəaliyyətinin son günlər gücləndirildiyini yazıb. Ölkədə Antiterror Şurasının yaradılması ilə bağlı qərar da qəbul edilib.