Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Papa Moskvaya nümayəndə göndərir

Papanın nümayəndəsi Moskvaya gedəcək
        Vatikanın Ukrayna münaqişəsinin həlli planına Moskvaya səfər də daxildir.
Yenixeber.org: Bunu Roma Papası Fransiskin Ukrayna üzrə xüsusi nümayəndəsi, kardinal Matteo Zuppi təsdiqləyib.
Xüsusi nümayəndə artıq Kiyevə səfər edib və burada Ukrayna prezidenti Volodimir Zelenski ilə atəşkəs rejimini müzakirə edib. "Planın ikinci hissəsi Moskvaya səfər olacaq", Zuppi əlavə edib.
O əlavə edib ki, Rusiya hökuməti bu səfərə maraq göstərir.
Həmçinin Vatikan Rus Pravoslav Kilsəsi ilə də əlaqə qurmağı planlaşdırır.
Qeyd edək ki, iyunun 6-da Zelenski Kiyevdə İtaliya Yepiskop Konfransının rəhbəri kardinal Matteo Zuppi ilə görüş keçirib. O, Ukraynada atəşkəsin və münaqişənin dondurulmasının sülhə gətirib çıxarmayacağını bəyan edib.("la Repubblica")

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam