Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ramiz Mehdiyev və digər “Boz Kardinal”lar-ARAŞDIRMA

 


                               

                                            “Kim mənə bərabər olacaq”

Yenixeber.org: Aleksandr Dümanın 1844-cü ildə yazdığı “Üç muşketyor” romanında “Boz Kardinal”la bağlı belə bir cümlə var: “Onun adı hər yerdə ancaq və ancaq pıçıltı ilə çəkilirdi”. Çünki o, qorxu və qəddarlığın rəmzinə çevrilərək insanların varlığına hopmuşdu.
Fransız rəssamı Jean-Leon Geröme "Eminence Grise (Richlieau)" (1873) adlı əsərində pilləkənlərlə düşən “Boz Kardinal”ı təsvir edir. Varlı da, kasıb da ona təzimdə bulunur. “Boz Kardinal” onlara heç gözünün üçü ilə də baxmır. Aydın görünür ki, təzim edənlərin varlığı ”Boz Kardinal” üçün yox kimi bir şeydir.

Bəs, sənət əsərlərində yer alan “Boz Kardinal” ləqəbi şəxs kimdir? François Leclerc du Tremblay (1577-1638) müflis olmuş zadəgan nəslindədir. O, katolik kilsəsində Jozef Ata kimi tanınıb. Tarixə isə “Boz Kardinal” kimi düşüb.

Azərbaycanda bir çoxları “Boz Kardinal”la “Qırmızı Kardinal”ı qarşıdırırlar. Onlar fərgli adamlardır, ancaq bir-birinə son dərəcə bağlıdırlar.

Arman-Jan dyu Plessi de Rişelye (1585-1642)-Fransanın “Qırmızı Kardinal” olub. Generalissimus rütbəsi daşıyıb.

Kardinal Rişelye — Vikipediya

XIII Lüdovikn atası IV Henri 1610-cu ildə qətlə yetirildi. Dövlətin idarə olunması 8 yaşlı uşağa həvalə olundu. Hərc-mərclik Fransada baş alıb gedirdi. Ölkə vətəndaş müharibəsinin bir addımlığında dayanmışdı. Fransanı xilas etmək üçün 1624-cü ildə baş nazir vəzifəsinə savadlı və hiyləgər siyasətçi-kardinal Rişelye dəvət edildi. 18 il - ölümünə qədər Fransanı idarə edən kardinal Rişelye “Qırmızı Kardinal” ləqəbi ilə tarixə keçdi.

“Boz Kardinal” və “Qırmızı Kardinal”. Onlar haqqında fransız tarixçisi Pyer Benya belə yazır: “XVII əsrin əvvəlində Fransada siyasi prosesləri iki şəxs tənzimləyib. Onlardan biri siyasi proseslərin memarı kimi tanınan Rişelye, ikincisi isə siyasətin cövhəri sayılan Jozef Ata idi”.

Richelieu'nun qısa tərcümeyi-halı. Kardinal Riçeli: ölkəsinin əsl  vətənpərvəridir

Rəssam Şarl Eduardo Delonun “Rişelye və onun pişikləri” əsərində “Qırmızı” və “Boz Kardinal”lar bir yerdə təsvir olunublar.
Bəs, boz və qırmızı rənginin bu məsələdə anlamı nədir? Kardinal rütbəsi Roma Papasından sonra gələn ikinci böyük vəzifə sayılır. Roma Papasını da öz sıralarından məhz kardinallar seçir. Onlar XIII əsrdən etibarən həmişə qırmızı rəngli paltar geyiblər. Qırmızı rəngli geyimin anlamı o idi ki, son damla qanımıza qədər katolik kilsəsi uğrunda vuruşacağıq.

“Boz Kardinal” ifadəsi də Jozef Atanın əyinində daşıdığı paltarın rənginə bağlıdır. O, katolik kilsəsi iyerarxiyasına uyğun olaraq yalnız boz paltarda gəzə bilərdi.

Jozef Ata da kardinal olmağa can atırdı. Ancaq katolik kilsəsi və Papa onun hakimiyyəti ələ keçirə biləcəyindən çəkinirdi, ona görə də müxtəlif bəhanələrlə ona kardinal rütbəsi verməkdən imtina edirdilər. Jozef Ata yalnız ölümü ərəfəsində bu rütbəyə sahib ola bildi.

Həmin vaxtlar Fransa üçün, bütövlükdə Avropa üçün son dərəcə mürəkkəb dövr sayılır. Düşünün ki, bütün Avropada müharibə gedirdi. Katoliklərlə protestantlar arasında 30 il davam edəcək (1618-1648) qırğın başlamışdı. O vaxt Avropada 8 milyon nəfərdən çox insan öldürüldü. Almaniya əhalisinin 20 faizini itirdi. Yeri gəlmişkən, Osmanlı İmperiyası 60 min süvari ilə həmin müharibədə Almaniyada protestantların tərəfində vuruşub.

“Qırmızı Kardinal” “Boz Kardinal”dan 8 yaş kiçik olub. Ancaq “Boz Kardinal” “Qırmızı Kardinal”ın sağ əli sayılırdı. “Qırmızı Kardinal” istəyirdi ki, onun ölümündən sonra onun yerini məhz “Boz Kardinal” tutsun. Ancaq onun bu istəyi baş tutmadı. Belə ki, “Boz Kardinal” “Qırmızı Kradinal”dan 4 il əvvəl vəfat etdi.

Jozef Ata Avropanın bir nömrəli diplomatı olub. İspaniya və Fransanın bir nömrəli düşməni kimi tanınıb. Məhz o, 30 illik müharibədən Fransanın qalib çıxmasını, katoliklərin protestantlar üzərində qələbəsini təmin edib. Son dərəcə mükəmməl təhsil almış bu şəxs qulluğunda olduğu Kardinal Pişeşyedən də intellekt baxımından xeyli üstün idi.

Fransada çoxları bilirdi ki, Rişelyenin arxasında heç bir vəzifə tutmayan, amma bütün məsləhətlərini baş nazirin ciddi nəzərə aldığı Kapusinlər ordeninin sadə rahibi Josef Ata durur. Elə o vaxtdan da hakimiyyətdə üzdə görünməyən, lakin arxada mühüm məsələlərdə ciddi rol alan şəxslərə “boz kardinal” deyirlər.

Dünyanın bir çox ölkəsində bu qeyri-rəsmi titulu qazananlar olub. Azərbaycanın da öz “Boz Kardinal”ı var. Bir vaxtlar insanlar onun haqqında da pıçıltı ilə nə isə deyirdilər. İndi isə bütün ölkə ondan danışır.



Əslində Ramiz Mehdiyevi klassik anlamda “Boz Kardinal” hesab etmək olmaz. O, 1995-ci ilin fevralından 2019-cu ilin oktyabrına qədər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Yəni, 25 il sərasər ölkənin ikinci şəxsi sayılıb. Bir ara birinci olmaq eşqinə də düşüb.

Tarixdən bəllidir ki, bir çox “Boz Kardinal” qulluğunda durduğu rəhbəri devirib, onun yerinə keçmək istəyib. Elə Jozef Ata özü də belə bir arzu ilə yaşayıb. Duyuq düşən katolik kilsəsinin rəhbərliyi buna imkan verməyib.

Ancaq siyasi Olimpin zirvəsinə can atan “Boz Kardinal”lar arasında uğur qazananlar da olub. Məsələn, İosif Stalin bölşeviklər arasında “Koba” və “Boz Kardinal” ləqəbi ilə tanınırdı. O, Lev Trotskiyə bağlı idi, onun sifarişlərini yerinə yetirirdi. Ancaq Leninin ölümündən sonra heç kimin gözləmədiyi halda Stalin önə çıxdı. L.B.Kamenyov və Q.E.Zinovyevlə birləşib Lev Trotski və onun tərəfdarlarına qalib gəldi və SSRİ boyda nəhəng ölkəni 30 ilə yaxın bir müddətdə idarə etdi.

Ortamlarda Taraf Olup Birkaç Kelime Söylediğinde Gayet Cool Görüneceğin 15  Tartışma Konusu - onedio.com

     1940-cı ildə isə Stalinin əmri ilə keçmiş patron Lev Trotski Meksikada baltalandı.

Ramiz Mehdiyev isə belə bir uğura imza ata bilmədi. Daha doğrusu, Azərbaycanda mövcud olan şərtlər buna imkan vermədi.
“Boz Kardinal” kimi tanınan Josef Ata ilə Ramiz Mehdiyev arasında hər hansı bir yaxınlıq varmı? Öncə fərqlər barədə: Jozef Ata son dərəcə dindar adam idi. O, Fransanın dövlət maraqları naminə xüsusi qəddarlıqla müşahidə olunan əməliyyatlara hökm verib. Ancaq müasir təbirlə desək rüşvət, korrupsiya kimi xəstəliklərdən uzaq olub. Zahid həyatı yaşayırdı. Çörək yeyirdi və su içirdi. Başqa heç bir şey. Öləndə də kasıb birisi kimi dünyadan köçdü.

Ramiz Mehdiyev isə ateistdir. Düzdür, o, öz məqsədləri naminə dini ədəbiyyatdan iqtibas da edə bilir. Ancaq bu, mahiyyəti dəyişmir. Ramiz Mehdiyevin pul-paraya aşırı məhəbbəti isə köhnə söhbətdir və lətifə xarakterli bu kimi söhbətlər xalq arasında çox populyardır.

Ramiz Mehdiyev də Jozef Ata kimi türkləri sevmir. Bəllidir ki, Jozef Ata 1616-cı ildə Romaya gedib və Papa V Paulla görüşüb. O, Osmanlı türklərinin Avropada dominantlığına son qoymaq üçün Balkan yarımadasındakı slavyan xalqlarını Osmanlı İmperiyasına qarşı qaldırmaq üçün planlar cızıb. Düzdür, onun bu cəhdləri elə bir dəyişikliyə səbəb olmadı. Amma onun bütün Avropanı Osmanlı İmperiyasına qarşı birləşdirmək xülyası əsrlər keçdikdən sonra reallığa çevrildi. Ramiz Mehdiyev də köhnə kommunist kimi Rusiyaya bağlıdır və Azərbaycan-Türkiyə birliyinə müxalifətdədir.

STALİNƏ SADİQ KOMMUNİST

Bəli, Ramiz Mehdiyev kommunist olub. Sovet İttifaqı Kommunist Partiyasında da “Boz Kardinal” kimi tanınan Mixail Suslov vardı. O, Leonid İliç Brejnevdən sonra SSRİ-də ikinci şəxs sayılırdı. Bəllidir ki, o, bir çox məsələlərlə bağlı Leonid İliç Brejnevin qəbul etdiyi qərarları ləğv etdirib. Ümumiyyətlə, Mixail Suslova Leonid İliç Brejnevin xüsusi simpatiyası olub. Çünki Mixail Suslov son dərəcə sadə ömür yaşayıb. İllər ərzində eyni palto və kostyumu geyib. Siqaret çəkməyib, spirtli içki qəbul etməyib. Qadınlardan uzaq olub. O, öz maşını müxtəlif fondlara keçirirmiş. Buna görə də Brejnevin təşəbbüsü ilə SSRİ rəhbərliyi ona təzə palto almaq üçün pul yığmalı olub. Yoldaş Suslov dünyadan köçəndə SSRİ-də 3 günlük matəm elan olundu. Bir neçə ay sonra isə yoldaş Brejnev də vəfat etdi.

Mixail Suslovun rüşvət və korrupsiya haqqında anlayışı belə olmayıb. Kristal kommunistlər sırasında adı birinci çəkilib. Təbii ki, Ramiz Mehdiyev Mixail Suslov nümunəsindən yarlanmaq fikrində olmayıb, elə bu səbəbdən də o qədər də təvazökar həyat yaşamayıb.

Vladislav Surkov: Russia's Putin dismisses secretive adviser - BBC News

Putin Rusiyasının da öz “”Boz Kardinal”ı var. Vladislav Surkov (1965) Rusiyada “İdarə olunan demokratiya” sisteminin qurucusu sayılır. Ramiz Mehdiyevin qurduğu sistemin isə rəsmi adı yoxdur. Bəlli olan odur ki, bu sistem klançılığa söykənir və total korrupsiya mexanizmi əsasında işləyir. Hazırda iş o yerdədir ki, prezident İlham Əliyev Ramiz Mehdiyevin yırtıcı kadrlarından Azərbaycanı xilas etmək üçün sözün həqiqi mənasında mücadilə aparır.

“Kim mənə bərabər olacaq?” deyən Rişelye yazırdı ki, mənim Fransanın düşmənlərindən xaric, şəxsi düşmənim olmayıb.

Ramiz Mehdiyevin nəvəsinin toy qalmaqalı İTV-də -

“Qırmızı Kardinal” onu da deyirdi ki, təkcə bir söz bir imperiyanın qələbəsinə və ya məğlubiyyətinə səbəb ola bilər. Yəni, yerində deyilmiş bir söz dövlətə qələbə, yersiz deyilmiş bir söz isə məğlubiyyət gətirir. Bu fikir fərdlər, xüsusən siyasətdə olanlar üçün də keçərlidir. Məsələn, saray intriqalarının mahir oyunçusu sayılan Ramiz Mehdiyev qəfil yaxlandığı naqolay vəziyyətdən daha az itki ilə çıxa bilərdi. Hətta daha böyük siyasi məharət göstərə bilsəydi toy macərasını öz xeyrinə də dəyişə bilərdi. Ancaq o, bunların heç birini bacarmadı və getdikcə güclənən qarşı tərəflə tarana getdi. Növbəti səhv onun onsuz da ağır olan vəziyyətini daha da pisləşdirdi. Obrazlı desək, on illər ərzində ucaldığı yüksəklikdən özünü başıaşağı buraxdı. Çöküş daha da sürətləndi.

Şübhəsiz ki, Azərbaycanın “Boz Kardinalı”da tarixdə qalacaq. Təəssüf ki, mənfi işarə ilə. Ancaq hər şey başqa cür də ola bilərdi.

Elbəyi Həsənli,
İsveçrə, Sürix


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam