Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Roma Papası bu gün Azərbaycana səfər edəcək

Roma Papası Fransisk bu gün Azərbaycana səfər edəcək

 

Bu gün Roma Papası Fransiskin Azərbaycana birgünlük səfəri baş tutacaq.
 
Xeberinfo.com:  APA-nın xəbərinə görə, səfər çərçivəsində Roma Papası ilk öncə Bakıdakı katolik kilsəsində dini ayin keçirəcək.
 
Sonra Fransisk Bakıdakı katolik kilsəsində rahiblərlə birgə nahar edəcək.  Daha sonra Roma Papası və Azərbaycan prezidenti İlham Əliyevin təkbətək görüşü və Heydər Əliyev Mərkəzində ictimaiyyət qarşısında çıxışı nəzərdə tutulub.
 
Səfər proqramına, həmçinin, Roma Papası Fransiskin bütün Qafqazın şeyxi, QMİ rəhbəri Allahşükür Paşazadə və ölkənin dini icmalarının rəhbərləri ilə görüşü də daxildir.
 
Bundan başqa, Fransisk “Heydər Məscidi” və  Şəhidlər Xiyabanına baş çəkəcək.
 
Roma Papasının Bakıya səfəri bu gün axşam  başa çatacaq. 
 
Qeyd edək ki, Roma Papasının Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında həyata keçiriləcək.
 
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
 
Məlumata görə, Roma Papası Fransiskin Azərbaycana səfəri Qafqaza ikinci apostol səfəri çərçivəsində baş tutur. Bundan əvvəl Fransisk Gürcüstanda iki günlük səfərdə olub. Roma Papası bu ilin iyununda İrəvana səfər etmişdi.   
 
““Hamımız qardaşıq” şüarı “Matfeydən İncil”də yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin “bütün insanlar vahid ailənin bir hissəsi olaraq, qardaşlığa və dostluğa çağırılır”  təlimindən ilhamlanıb”, - deyə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
 
Qeyd edək ki, planlaşdırılan səfər Roma Papasının sayca 16-cı xarici səfəridir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam