Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bakı dünyanın trend məkanları SİYAHISINDA

Bakı rusiyalılar arasında may bayramları üçün xarici səfərlərdə ən populyar şəhərlərdən birinə çevrilib.

Yenixeber.org: Bu barədə “Yandeks Puteşestviye” şirkətinin araşdırmasından məlum olub.

“Ən populyar şəhərlər Bakı, İstanbul, Antalya, Daşkənd və İrəvandır. Qonşu ölkələri nəzərə almasaq, əsas istiqamətlər İstanbul, Antalya, Dubay, Dalaman və Təl-Əvivdir”, - deyə ekspertlər bildirib.

Yeri gəlmişkən, ABŞ-nin nüfuzlu “TripAdvisor” xidmətinin səyahət üçün üstünlük verilən trend məkanlar siyahısında Bakının da adı var. Belə ki, 25 fərqli ölkənin şəhərlərinin adlarının yer aldığı siyahıda paytaxtımız səkkizinci yerdə qərarlaşıb.

Onu da bildirək ki, Azərbaycan Dövlət Turizm Agentliyi 2026-cı ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayını 4 milyona çatdırmağı hədəfləndiyi barədə açıqlama verib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam