Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Ukraynaya yardım ikiqat artırılacaq

 
NATO-ya üzv ölkələr Ukraynanın alyansa daxil olmasının vaxtı ilə bağlı razılaşmanın olmaması fonunda ona ayrılan maliyyənin artırılması ilə bağlı razılığa gəlməyə çalışırlar.
Yenixeber.org: Bu barədə “The Financial Times” mənbələrə istinadən məlumat yayıb. Qəzetin mənbələrinə görə, NATO xarici işlər nazirləri aprelin 4-də bir araya gələrək Ukraynaya hərtərəfli yardım paketinin ikiqat artırılması və ildə təqribən 250 milyon avro məbləğində öhdəliklərin 500 milyon avro hədəfinə çatdırılmasını müzakirə edəcəklər.
Bundan əlavə, iclasda Ukrayna Silahlı Qüvvələri ilə Şimali Atlantika Alyansı qüvvələri arasında qarşılıqlı fəaliyyətin artırılması üzrə işin genişləndirilməsi, Ukrayna ordusunun standartlarının və təcrübələrinin təkmilləşdirilməsi, sovet texnologiyasından müasir silahlara keçidin sürətləndirilməsi üzrə tədbirlərin müzakirəsi və Ukrayna ilə NATO arasında siyasi əlaqələri dərinləşdirilməsi planlaşdırılır.
Bir diplomat bildirib ki, Ukraynanın 2022-ci ilin sentyabrında NATO-ya üzvlük təklifi alyans tərəfindən sadəcə olaraq göz ardı edilir. O əlavə edib ki, hazırda Ukraynanın üzvlüyü mümkün deyil, lakin alyans bundan kənarda və ya onu dəstəkləyəcək konkret addımlar atmaq istəyir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam