Türkiyədə seçki bülleteni belə olacaq -FOTO
Türkiyə Ali Seçki Komissiyası prezident seçkilərində istifadə ediləcək seçki bülletenində namizədlərin sıra nömrəsini müəyyən edib.
Yenixeber.org: Namizədlərin sıra nömrəsi püşkatma yolu ilə təyin edilib.
Beləliklə, seçki bülletenində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birinci yerdə, Məmləkət Partiyasının sədri Muharrem İnce ikinci, CHP lideri Kemal Kılıçdaroğlu üçüncü, ATA İttifaqının namizədi Sinan Oğan isə dördüncü yerdə duracaq.
Qeyd edək ki, Türiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.