“Türk dünyasında torpaqlarını işğaldan azad edən tək lider İlham Əliyevdir” -Sinan Oğan
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi məhz güclü Azərbaycan dövlətinin yaradılmasıdır. Bunu son 17 ildə həm Azərbaycanın daxili, həm xarici siyasətində müşahidə edirik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə çox ciddi hazırlıq gördüyünü müşahidə etdik. Hazırda dünyanın bir sıra mühüm strateji mərkəzlərində, o cümlədən Türkiyədə Azərbaycanın cəmi 44 gün ərzində necə böyük qələbə qazanması, işğal altındakı torpaqlarını azad etməsi geniş müzakirə olunur, araşdırılır. Bunu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan təkcə döyüş meydanında mübarizə aparmırdı. Diplomatik müstəvidə də ciddi uğur qazanan Azərbaycan Rusiya, ABŞ kimi böyük ölkələrin neytrallığını təmin etdi. Təbii ki, bunun arxasında 17 illik böyük zəhmət və güclü diplomatik zəka dayanır.
Yenixeber.org: Bu fikirləri Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan deyib.
Sinan Oğan bildirib ki, 17 il ərzində Prezident İlham Əliyev daim çıxışlarında zamanı gəldiyində torpaqları işğaldan azad etmək üçün müvafiq addımların atılacağını bildirirdi. Bunu doğru başa düşməyənlər də oldu. Ancaq indi görürük ki, həmin sözlərin arxasında böyük bir uzaqgörənlik, səbir və diplomatik zəka var. Hazırda Türkiyədə ən çox müzakirə edilən mövzu Azərbaycanın bu uğurunun sirridir.
Sinan Oğan birinci Qarabağ müharibəsindən ötən otuz ilə yaxın müddətdə Azərbaycanın hərbi qüdrətini artıraraq Ordusunu ən müasir silahlarla təchiz etdiyini vurğulayıb: “Azərbaycan Ordusunun döyüş meydanında, xüsusilə çətin relyefdə və iqlim şəraitində, o cümlədən Şuşanın azad olunmasında göstərdiyi qəhrəmanlıq, eləcə də pilotsuz uçuş aparatlarından peşəkarlıqla istifadə etməsi dünya müharibə tarixində bir yenilik oldu. Bu müharibə silahlı pilotsuz uçuş aparatlarından istifadə baxımından böyük bir sınaq, yenilik idi. Bu yaxınlarda oxuduğum, ABŞ-da yayımlanmış bir məqalədə Azərbaycanın müharibə strategiyasını tamamilə dəyişdirdiyi qeyd edilirdi. Bu uğurların əsasında məhz güclü dövlətçilik və liderlik zəkası dayanır. Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik müstəvidə qazandığı Qələbə güclü dövlət quruculuğu və dayanıqlı iqtisadiyyata əsaslanır. Vaxtilə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət, imzalanan neft kontraktları olmasaydı, dövlət quruculuğu prosesi düzgün aparılmasaydı, bu gün Azərbaycan belə güclü olmazdı və nəticədə bu Zəfər qazanılmazdı. Bu gün görürük ki, Azərbaycanın Vətən müharibəsində Qələbəsi iqtisadiyyatın uğurlu inkişafı, güclü ordu quruculuğu ilə yanaşı, dövlət idarəçiliyində və diplomatik sahədə dərin zəkaya və müdrikliyə də əsaslanır. Dünyanın böyük dövlətlərinin maraqlarını bir nöqtədə razılaşdırmaq, eyni zamanda, döyüş meydanında uğur qazanmaq asan məsələ deyil. Bu gün bütün dünyada araşdırma mərkəzlərinin ən çox müzakirə etdiyi mövzu məhz budur. Biz Türkiyədə bir tərəfdən Azərbaycanın qazandığı qələbəyə sevinir, digər tərəfdən isə qardaş ölkənin bu Qələbəsindən necə dərslər çıxara biləcəyimizi müzakirə edirik. Bu Qələbədə Türkiyənin və Azərbaycanın hərbi sahədə birgə əməkdaşlığı da mühüm rol oynadı.
TÜRKSAM-ın sədri vurğulayıb ki, müasir vətəndaş cəmiyyəti quruculuğu və diaspor fəaliyyəti istiqamətində mühüm işlər görən Azərbaycan artıq güclü dövlətə çevrilib. Türkiyədə, Rusiyada, ABŞ-da təhsil almış gənc kadrların mühüm vəzifələrə təyin olunması ilə Azərbaycan öz gələcəyini hazırlayır. Azərbaycan 10 milyon əhalisi ilə bu bölgənin ən gənc, dinamik və yüksək təhsilli əhalisinə malikdir. Həmin gənc kadrlar Azərbaycanı gələcəyə doğru inamla aparırlar. Dövlət rəhbərliyi bunun üçün ölkədə əlverişli şərait yaradıb. Azərbaycanda heç bir uğur təsadüfən əldə olunmayıb. Bütün bu nailiyyətlər uzaqgörən siyasətə, güclü iradəyə əsaslanır. Bu, onu deməyə əsas verir ki, Azərbaycanın işğaldan azad olunmuş bölgələri qısa müddətdə yenidən qurulacaq, abadlaşacaq.
Sinan Oğan bildirib ki, bu gün bölgənin ən güclü ordusu Azərbaycan Ordusu, ən güclü iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır. Həmçinin region ölkələri arasında ən çox və yüksək təhsilli kadrlar da məhz Azərbaycandadır. Azərbaycan Prezidenti ölkənin bütün resurslarını, iqtisadiyyatı, Ordunu ümumi Qələbəyə hazırladı və bunun nəticəsində Zəfər qazanıldı. Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, türk dünyasının qələbəsidir. Türk dünyasında Zəfər qazanaraq torpaqlarını işğaldan azad edən tək lider Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev adını təkcə Azərbaycan tarixinə deyil, eləcə də türk dünyasının tarixinə parlaq hərflərlə yazdırdı.