Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyədə seçki təbliğatı başladı -“finiş”ə kim qalacaq: rəy sorğularına inanaqmı...

 

Elxan Şahinoğlu: “Prezident ikinci turda müəyyən ediləcək”

Şəhla Cəlilzadə: “Qərb tərəfindən açıqlanan bu “nəticələr” daha çox seçici rəyinə təsir məqsədi daşıyır"

Yenixeber.org: Bu gün - martın 18-dən etibarən Türkiyədə seçki kampaniyası başlayır. Bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Əhməd Yener deyib. Türkiyədə prezident və parlament seçkiləri bu il mayın 14-də keçiriləcək. Artıq 36 siyasi partiya seçkilərdə iştirak üçün qeydə alınıb.

Bu arada GENAR araşdırmalar mərkəzinin rəhbəri İhsan Aktaş Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra apardıqları araşdırmaların nəticələrini açıqlayıb. Nəticələr Türkiyə müxalifəti üçün ürəkaçan deyil (Teleqraf.com).

Sorğuda respondetlərə “Zəlzələdən sonra yenidənqurma prosesində Ərdoğan, yoxsa Kılıçdaroğlu daha uğurlu olardı” sualı verilib. “Ərdoğan” deyənlər 65.1, “Kılıçdaroğlu”nun adını çəkənlər isə 34.9 faiz təşkil edib. Sorğuya qatılanlara belə bir sual da ünvanlanıb: “Sizcə, müxalifət hakimiyyətdə olsaydı, təbii fəlakətin öhdəsindən gələ bilərdimi?” “Xeyr” deyənlərin nisbəti 67.6 faiz olub. Başqa bir sorğuya görə, guya Kılıçdaroğlu reytinqə görə hazırda Ərdoğanı 10% üstələyir.

Belə sorğular nə dərəcədə mötəbərdir?

Elxan Şahinoğlu - Bioqrafiya.com

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu seçkilərin ikinci tura gedəcəyini düşünür: “Açığı, bu sorğuların çoxuna inanmıram. Heç Türkiyənin özündə də inanmırlar. Niyə inandırıcı deyil? Çünki sorğu mərkəzlərinin çoxu müstəqil deyil. Bəziləri hakim partiyaya yaxındır. Aydındır ki, onlar Ərdoğanın reytinqini yüksək göstərəcəklər. Bu nəticələr o anlama gələcək ki, Ərdoğan elə ilk turda qalib gələcək.

Digər sorğu mərkəzləri də müxalifətə yaxındır. Onlar da Kamal Kılıçdaroğlunun qalib gələcəyini göstərəcəklər. Hətta onlardan bəziləri göstərir ki, guya 10 faizlə Kamal Kılıçdaroğlu irəlidədir. Bu da o qədər inandırıcı deyil. Mənim şəxsi fikrimə görə, prezident birinci turda seçilməyəcək. Seçki ikinci tura gedəcək. Birinci turda ola bilər ki, hər iki namizəd 40 faizin üzərində olsunlar. Ərdoğan son seçkidə 52 faizlə qalib gəlmişdi. Yəni 2 faiz olmasaydı, ikinci tur olacaqdı.

Amma son illərdə Türkiyədə inflyasiya yaşandı, nəticədə Ərdoğanın da reytinqi aşağı düşdü. İndi də zəlzələ baş verdi. Bu baxımdan ilk turda qalibin müəyyən olunacağını düşünmürəm. İkinci turda da hər şey hansı namizədin necə seçki kampaniyası aparmasından asılı olacaq. Başqa namizədlər də var ki, ikinci turda onların qərarları həlledici olacaq. Aydındır ki, ikinci tura Ərdoğan və Kılıçdaroğlu keçəcək. Məhərrəm İncə və Sinan Oğan kimi digər namizədlər də var. Onlar o qədər də böyük səs qazanmayacaqlar. Amma onların səsləri ikinci turda həlledici olacaq. Dediyim kimi, onların çağırışları mühüm olacaq. Məhərrəm İncə ikinci turda tərəfdarlarını Kılıçdaroğluna səsverməyə çağırsa, demirəm ki, hamısı, amma 60-70 faiz tərəfdarı onun dediyi kimi edəcək. Sinan Oğanda isə əksidir. İnanmıram ki, tərəfdarlarını Kılıçdaroğluna səsverməyə çağırsın. Çünki CHP rəhbəri HDP ilə ittifaq qurur, bu günlərdə görüşməlidirlər. Sinan Oğanın tərəfdarları millətçi kəsim olduğu üçün bunu qəbul etməyəcək və səslərini Ərdoğana verəcəklər. Proqnozum budur ki, prezident ikinci turda müəyyən ediləcək".

E.Şahinoğlu zəlzələ zonası sakinləri arasında keçirilən sorğu nəticələrinə də toxundu: “Biz Türkiyə vətəndaşı deyilik və səs verməyəcəyik. Bizim sadəcə simpatiya və antipatiyamız var. Bu da açıq şəkildə görünür. Məsələn, ekspertlər arasında bu açıq-aşkardır. Amma Ərdoğana simpatiya bəsləyən ekspertlər daha çoxdur. Elə adamlar da var ki, dəyişiklik istəyir. Ərdoğan Azərbaycan üçün çox böyük işlər gördü. Bunu heç zaman unutmalı deyilik. II Qarabağ savaşında Ərdoğanın dəstəyi həlledici oldu. Şuşa Bəyannaməsi imzalandı. Mən bir Azərbaycan vətəndaşı kimi bu siyasətin davamını istəyirəm. Amma türk vətəndaşının verəcəyi qərara da indidən hörmət edirəm. Kılıçdaroğlu seçilərsə, ona da hörmətimizi davam etdirməliyik. Çünki dünyanın axırı deyil. Bir nəfər nə qədər yaxşı prezident olsa da, əbədi ola bilməz. Düşünürəm ki, o da gəlsə, Türkiyə-Azərbaycan müttəfiqliyi davam edəcək. Doğrudur, belə fikirlər də var ki, Ərdoğan növbəti dönəm üçün prezident olsa çox yaxşı olardı və Qarabağda yarım qalan işlərimizi görüb qurtarardıq. Ərdoğanın burada Putinlə yaxınlığı da önəmli faktor kimi önə çəkilir. Amma bizdən asılı məsələ deyil. Səs verə bilmirik. Onun üçün də qərara sadəcə, hörmətlə yanaşacağıq”.

YUNESKO Azərbaycanla bağlı sükutu pozdu - sevinək, yoxsa...

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Qərb tərəfindən bu sorğuların məqsədli şəkildə təşkil olunduğunu qeyd etdi: “Əsrin fəlakəti” adlandırılan 6 fevral 2023-cü il tarixli zəlzələ və onun günümüzədək davam edən afterşokları Türkiyədə sadəcə yerin səthini deyil, həm də cəmiyyəti silkələyən hadisə oldu. Bu, Türkiyə cəmiyyətində ciddi sosial-iqtisadi, siyasi və geosiyasi təlatümlər doğurdu, mərkəzi hakimiyyətə qarşı etimadı azaltdı və Türkiyə əleyhinə fəaliyyətən göstərən, xüsusilə Türkiyənin aktiv xarici siyasi fəaliyyətindən narazı olan qlobal güc mərkəzlərinin bu hadisədən uğurla faydalanmasına, anti-Ərdoğan siyasətini şəkilləndirərək seçkilərə təsir mexanizmi formalaşdırmasına şərait yaratdı. Xüsusilə Ərdoğanın 1999-cu il Marmara zəlzələsi zamanı səsləndirdiyi “bu dövlət hardadır” sualı, 17 mindən çox insanın həlak olduğu həmin zəlzələ nəticəsində yıxılan siyasi hakimiyyəti ələ alaraq iqtidara gəlməsi, “bir daha heç bir şey əvvəlki kimi olmayacaq” düşüncəsi ilə cəmiyyətdə müsbət rəyləri öz xeyrinə toplaması fonunda 2023-cü ilin zəlzələsi bu rəylərin ciddi şəkildə itirilməsi təhlükəsini özündə daşıyır. Belə ki, 50 minədək insanın həlak olduğu, kütləvi dağıntılarla və qurumların gecikən fövqəladə hal tədbirləri ilə müşayiət olunan 6 fevral zəlzələsi nəticəsində “dəyişən bir şey yoxdur, yenə hər şey əvvəlki kimidir” fikri Türkiyə cəmiyyətində məqsədli şəkildə yayılmağa başlandı.

Bütün bunların fonunda Ərdoğan hakimiyyətini qorumaq üçün zəlzələnin fəsadlarının aradan qaldırılması və yenidən quruculuq istiqamətində ciddi addımlar atmaqdadır. Bununla yanaşı, “6-lı masa”nın prezident namizədinin Kemal Kılıçdaroğlu olması da Ərdoğanın qazanma şansını artırır. Belə ki, müxtəlif Türkiyə-daxili sorğular Kılıçdaroğlu ilə bağlı Türkiyə cəmiyyətinin rəyinin heç də birmənalı olmadığını ortaya qoyur. Burada xüsusilə Ərdoğanın tərəfdarlarının dəstəklədiyi “Türkiyəni Türkiyə yönetir (idarə edər), Amerika deyil” tezisi mühüm rol oynayır. Yəni bu tezisdən anlaşılan odur ki, Ərdoğandan başqa namizədlərin seçiləcəyi təqdirdə Türkiyəni təkrar qlobal güclərin təsir dairəsinə salacağından narahat olan seçicilər azad xarici siyasətin qurucusu və qoruyucusu olaraq Ərdoğanın namizədliyini dəstəkləyəcəklər.

Həmçinin “AKP seçim bəyannaməsi”nin layihəsində 2002-ci ildə iqtidara gələrkən verilən iqtisadi rifahla bağlı proqramın/vədlərin əks olunacağı iddia edilir. Yəni AKP özünə dönür, belə ki, iqtisadi siyasəti hakimiyyətə gəldikdən sonrakı illərdə dəyişən, o cümlədən idarəetmədə bir sıra yanlışlara yol verən AKP bütün bunları qəbul edərək, yeni dönəm üçün həm siyasi olaraq müstəqil, həm də iqtisadi olaraq güclü Türkiyə vədi ilə seçicilərinin inamını və rəğbətini yenidən qazanacağı ehtimal edilir. Lakin Türkiyənin azad xarici siyasətindən narahat olan Qərb təbii ki, Ərdoğana rəqib namizədləri dəstəkləyir və təsadüfi deyil ki, onların keçirdiyi seçim anketlərinin nəticələrində Kılıçdaroğlu daha çox “səs toplayır”. Məsələn, Europoll-un mart ayındakı anketində Kılıçdaroğlu 56,8%, Ərdoğan 43,2% “səs toplayıb”. Qərb tərəfindən açıqlanan bu “nəticələr” daha çox seçici rəyinə təsir məqsədi daşıyır və real nəticələr 14 mayda məlum olacaq". “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam