Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rüktoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Günün xəbəri

Brüsseldə keçiriləcək mitinqin təşkilatçısı:"Güney Azərbaycan türklərinin haqq səsini dünyaya çatdıracağıq"

"Martın 25-də Brüsseldə keçiriləcək “Azadlıq və ədalət yürüşü” adlı mitinqində Güney Azərbaycan türklərinin haqq səsi bütün dünya ictimaiyyətinə çatdırılacaq".

Yenixeber.org: Bu fikirləri Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqinin təşkilatçılarından biri Mahmud Bilgin deyib.

Onun sözlərinə görə, mitinqə bir çox Avropa və Skandinaviya ölkələrindən çox böyük maraq var:

"Məndə olan məlumatlara görə, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya, Skandinaviya ölkələrində yaşayan insanlar aksiyada iştirak edəcəklər. Hesab edirəm ki, çox böyük bir toplantı olacaq. Aksiyada milli bayrağımız qaldırılacaq. Bu mitinqdə Güney Azərbaycan türklərinin İran rejiminə qarşı mücadiləsinin haqq səsi bütün azad dünya ictimaiyyətinə çatdırılacaq. Belə ki, biz göstərəcəyik ki, Güney Azərbaycan öz varlığını əldə etmək üçün yatmayıb və hərəkətdədir. Bizim əsas məqsədimiz bütövlüyümüzlə bağlıdır. Daxilimizdə çox gözəl birlik nümunəsi yaranıb. Bizim hər birimizin ürəyi Azərbaycan üçün döyünür".

Mahmud Bilgin bildirib ki, mitinqin yekunu ilə bağlı qətnamə hazırlanacaq:

"Toplantını işıqlandırmaq üçün çoxsaylı beynəlxalq media qurumları da dəvət edilib. Düşünürük ki, molla, fars rejimi tərəfindən aksiyada təxribat da törədilə bilər. Biz bununla bağlı da tədbirlərimizi görmüşük. Ümid edirəm ki, biz qarşımıza qoyduğumuz məqsədə uğurla nail olacağıq".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam