Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Polis Akademiyası təbliğat-təşviqat tədbirlərini davam etdirir -FOTOLAR

polis-akademiyasi-tebligat-tesviqat-tedbirlerini-davam-etdirir

Polis Akademiyasının əməkdaşları tərəfindən həm paytaxtda, həm də müxtəlif bölgələrdə yerləşən məktəblərin müəllim və IX–XI sinif şagirdləri ilə keçirilən maarifləndirici görüşlər davam etdirilir.

Yenixeber.org: Təbliğat xarakterli tədbirlərdə şagirdlərə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil imkanları, tədris prosesi, Akademiyanın tarixi və daxili işlər orqanlarında xidmətin üstünlükləri haqqında ətraflı məlumatlar verilir. 

Görüşlərdə iştirak edən şagirdlər təhsil müəssisəsində mövcud sosial təminatlar – geyim, yataqxana şəraiti və tətbiq olunan müasir tədris texnologiyaları ilə də tanış edilirlər. 

Şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul şərtləri geniş şəkildə izah olunur, Akademiyanın fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilir və məlumatlandırıcı lifletlər təqdim edilir. 

Polis Akademiyasının keçirdiyi bu tədbirlər şagirdlər tərəfindən maraqla qarşılanır, sənəd qəbulu və onları maraqlandıran digər suallar cavablandırılır.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam