Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

İsrailin xarici işlər naziri Azərbaycana gəlir

İsrailin xarici işlər naziri Azərbaycana gəlir

İsrailin xarici işlər naziri Gideon Saar yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

Yenixeber.org: Bu barədə nazir özünün “X” sosial şəbəkəsində bildirib. O, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdüyünü və tərəflər arasında bir sıra mühüm məsələlərin müzakirə olunduğunu qeyd edib.

Nazirin sözlərinə görə, görüşdə Qəzza ilə bağlı “Tramp Planı”, Azərbaycan–Ermənistan münasibətləri, ikitərəfli əməkdaşlıq və iqtisadi əlaqələrin genişləndirilməsi əsas müzakirə mövzularından olub.

O, həmçinin 2025-ci ildə İsraildən Azərbaycana turist axınının kəskin artdığını, bu tendensiyanı təşviq etmək üçün birgə addımların davam etdiriləcəyini vurğulayıb.

İsrail XİN başçısı Bakıya səfər etmək arzusunu ifadə edib: “Tezliklə Bakıya səfər etməyi səbirsizliklə gözləyirəm. Münasibətlərimizi daha da gücləndirəcəyik.”

Səfərin dəqiq tarixi hələ açıqlanmayıb.

1479273


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam