Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Bu il TÜRKSOY Şuşada bir sıra tədbirlər keçirəcək

 

Bu il TÜRKSOY Şuşada bir sıra tədbirlər keçirəcək.

Yenixeber.org: Bu sözləri Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Rayev deyib.

Baş katib xatırladıb ki, TÜRKSOY Daimi Şurasının qərarı ilə 2023-cü il Şuşa şəhərini türk dünyasının mədəniyyət paytaxtı elan edilib və bununla bağlı Qarabağda silsilə tədbirlər keçiriləcək:

“Xarıbülbül festivalı, ənənəvi sənət nümunələrini bir araya gətirən tədbirlər planlanıb. Eyni zamanda TÜRKSOY-un “Türk dünyasının rəssamlar toplantısı”, “Türk dünyasının şairlər toplantısı”, “Türk dünyasının fotoqraflar toplantısı”, “Türk dünyasının heykəltəraşlar toplantısı” kimi digər bütün ənənəvi layihələri də Şuşada gerçəkləşdirəcəyik”.

S.Rayev bildirib ki, 2023-cü il təkcə Şuşa üçün deyil, bütün türk dünyası üçün rəngarəng proqramlarla keçəcək:

“Şuşadan daha güllə səsləri gəlməyəcək, musiqi səsləri gələcək. Şuşa çal-çağırlı günlərinə qayıdacaq, türk dünyasında müxtəlif tədbirlər təşkil etməklə Şuşanın rəngarəng təbiətinin harmoniyasını quracağıq. Sözün əsl mənasında Şuşa üçün də, türk dünyası üçün də möhtəşəm bir il olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam