Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Keçmiş NATO komandiri Ukraynanın Putini dayandırması üçün lazım olan tankların sayını açıqlayıb

 “Qərb müttəfiqləri rus işğalçılarına qarşı mübarizə aparmaq üçün Ukraynanı daha çox tank və artilleriya ilə təmin etməlidir.”

Bu barədə Yenixeber.org” “Commentary” portalının “CNN” telekanalına müsahibəsində NATO qüvvələrinin Avropadakı keçmiş komandanı Uesli Klark-a istinadən xəbər verir.

Təqaüddə olan general əmindir ki, Qərb Ukraynaya dəstəyini mümkün qədər tez nəzərdən keçirməlidir və xüsusilə Dneprdə baş vermiş faciədən sonra, Rusiya raketinin Ukraynanın onlarla günahsız dinc sakininin, o cümlədən uşaqların həlak olmasından sonra əhəmiyyətli dərəcədə gücləndirilməlidir. Klark Ukrayna ordusunu daha müasir silahlarla təmin etməyə çağırıb, çünki Rusiya prezidenti Vladimir Putin diplomatiyadan danışmağa belə hazırlaşmır, o, artıq daha çox rusu Ukraynaya qarşı müharibəyə atmaq üçün yeni səfərbərlik dalğası elan etməyə hazırlaşır.

"Onlara Böyük Britaniyadan 10 tank verəcəyimiz çox gözəldir. On tank? Ukraynaya 300, 500 tank lazımdır. Çox gözəldir ki, onlara daha bir neçə ağır texnika göndərməyə çalışırıq. Bu kifayət deyil. Biz buna ciddi yanaşmalıyıq" – deyə, NATO-nun keçmiş komandanı bildirib.

Xatırladaq ki, bu yaxınlarda Böyük Britaniya Ukraynaya “Challenger 2” tankları eskadrilyasını, eləcə də artilleriya sistemlərini təqdim edəcəyini rəsmən təsdiqləyib. Polşa “Leopard 2” tanklarını Ukraynaya təhvil verməyə hazır olduğunu təsdiqləyib, lakin tanklar Almaniya istehsalı olduğundan, Berlin bu məsələdə razılığını verməlidir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam