Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Bu ölkədə 4 nüvə reaktoru inşa ediləcək

Bolqarıstan 2045-ci ilin sonuna kimi “Belene” və “Kozloduy” sahələrində dörd nüvə reaktoru tikmək niyyətindədir.

Yenixeber.org: Bu barədə Bolqarıstan Prezidenti Rumen Radev, texniki hökumətin Baş naziri Qılıb Donev, nazirlər, deputatlar, siyasətçilər və ekspertlərin iştirakı ilə keçirilən dəyirmi masada təqdim olunan energetika sektorunun 2053-cü ilədək inkişaf strategiyasında qeyd olunub.

“Hamımız Bolqarıstanın gələcəyi üçün məsuliyyət daşıyırıq. Energetika ölkənin uğurlu iqtisadi inkişafının açarıdır, ona görə də bizim energetika sistemimizin müstəqilliyini və muxtariyyətini təmin etmək bizim üçün vacibdir”, - R.Radev deyib.

Dövlət başçısı hökumətin təqdim etdiyi energetika strategiyasının siyasi partiyalar tərəfindən geniş dəstək alacağına və növbəti illərdə ölkə energetikasının inkişafı üçün əsas olacağına ümidvar olduğunu bildirib.

Strategiyanı təqdim edən texniki hökumətin energetika naziri Rosen Xristov vurğulayıb ki, sektorun inkişafı üçün uzunmüddətli plan lazımdır.

“Bizim strategiyamız kömürlə işləyən istilik elektrik stansiyalarının 2030-cu ilə qədər saxlanmasını nəzərdə tutur. Atom enerjisi sənayesində biz 2 000 meqavat gücündə dörd yeni reaktor tikməliyik - 2035-2040-cı ilə qədər “Belene” sahəsində və 2045-ci ilə qədər “Kozloduy” AES ərazisində”, - o fikrini izah edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam