Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

ÜST “omikron”un yeni altnövü ilə mübarizə üçün ictimai tədbirləri dəyişdirməməyi tövsiyə edir

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “omikron” ştamının BA.5 - BF.7 altnövünə qarşı mübarizə aparmaq üçün ölkələrin ictimai səhiyyə tədbirlərinə hər hansı dəyişikliyin olunmamasını tövsiyə edir.

Yenixeber.org: Bu barədə ÜST-dən məlumat yayılıb.

Bildirilib ki, yüksək ötürücülüyə malik bu altnöv delta ştamı qədər ciddi hesab olunur və toplanmış immuniteti üstələmək iqtidarındadır.

ÜST açıqlayıb ki, dekabrın 20-nə olan məlumata görə, dünyanın 90-a yaxın ölkəsində BA.5-in 50 mindən çox variantı qeydə alınıb.

BF.7-nin ABŞ, Belçika, Böyük Britaniya, Çin, Hindistan və bir sıra digər ölkələrdə aşkar edildiyi bildirilir. Bu altnöv qızdırma, öskürək və boğaz ağrısı kimi “omikron” ştamının digər altnövlərinə xas oxşar simptomlarına malikdir. Nadir hallarda xəstələrdə qusma və ishal müşahidə oluna bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam