Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Maykl Doran:“Xankəndi blokadaya alınmayıb, sadəcə dünyanı çaşdırmağa çalışırlar”

 

“Xankəndi blokadaya alınmayıb, sadəcə dünyanı çaşdırmağa çalışırlar”.

Yenixeber.org: Bu barədə Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran tviterdə yazıb.

O bildirib ki, Azərbaycanın Xankəndi şəhəri ilə Ermənistan arasında hərəkət edən təcili yardım maşınları real vəziyyəti əks etdirməyən böyük şounun bir parçası olmaqla yanaşı, həm də “sərt blokada”nın olmadığının göstəricisidir.

M.Doran təcili yardım maşınlarının və Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Laçın yolu ilə Xankəndinə və geriyə sərbəst şəkildə hərəkət etdiyini göstərən videogörüntüləri də paylaşaraq yazıb: "Bu da sizə “sərt blokada”.

"Xankəndidə həkim yoxdur? Təcili yardım maşınları ancaq Ermənistandan gələ bilər? Yaxşı görək. Bu təcili yardım maşınları dar düşüncəli insanlar üçün nəzərdə tutulmuş böyük şounun bir parçasıdır. Siz də bunu bilirsiniz, mən də bilirəm", - paylaşımda deyilir.

Hudson İnstitutunun böyük elmi işçisi Türkiyə və Azərbaycan ilə münasibətlər normallaşdırıldıqdan sonra erməni xalqının daha yaxşı yaşayacağını vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam