Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Bəzi qüvvələr münasibətlərin normallaşmasında maraqlı deyil -Etnik ermənilərin bu ərazilərdə yaşamaq haqları var

Təhsil Nazirliyinə Ceyhun Bayramov rəhbərlik edir

                Bəzi qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyil.

Yenixeber.org: Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, qarşı tərəfə çağırışlar olunmalı, ciddi xəbərdarlıq edilməli və təxribatlara son qoyulmalıdır: “Bu yolla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan tərəfinin mövqeyi konstruktiv və ədalətlidir. Azərbaycanın qanunları çərçivəsində və Azərbaycanın suverenliyinə hörmət çərçivəsində bütün məsələlər həll edilməlidir, həll oluna bilər və həll olunacaq”.

XİN rəhbəri qeyd edib ki, kənardan gəlmiş şəxsin Azərbaycan ərazilərində yaşayan etnik ermənilərə müraciət etmək haqqı yoxdur.

“Etnik ermənilərin Azərbaycan qanunları çərçivəsində bu ərazilərdə yaşamaq haqları var və Azərbaycan dövləti bunu tanıyır”, - nazir əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam