Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə kömək etməyə hazırdır -Denis Qonçar

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinə kömək etməyə hazırdır - Denis Qonçar

Rusiya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasına hər cür kömək göstərməyə hazırdır.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

"Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanmasına, o cümlədən Rusiya ərazisində yüksək səviyyəli üçtərəfli görüşlərin təşkili yolu ilə bundan sonra da hər cür yardım göstərməyə hazırıq. Hər iki tərəf üçün son dərəcə həssas olan bu proseslər qarşılıqlı razılaşdırılmış və uzunmüddətli həll yollarının axtarışını tələb edir”, - deyə diplomat bildirib.

Onun sözlərinə görə, danışıqların təfərrüatlarının açıqlanması və ya tərəflərin mövqelərinin mətbuatda müzakirəsi heç də həmişə faydalı olmur.

"Biz, həmçinin, iki ölkənin ictimaiyyəti və ekspert icmaları arasında müntəzəm təmaslara hazırlaşırıq. Birgə səylərin bu mühüm istiqaməti Ermənistan və Azərbaycan arasında münasibətlərdə etimad mühitinin formalaşmasına yardım etmək üçün nəzərdə tutulub", - deyə Qonçar əlavə edib.

Onun sözlərinə görə, Soçidə keçirilən sammitdə dəstəklənən üçtərəfli parlamentlərarası dialoq da bu prosesə öz töhfəsini verə bilər.

"Müvafiq görüşlərin vaxtı yaxın zamanlarda açıqlanacaq", - deyə Qonçar əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam