Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

İrəvanda Avropaya miqrant daşıyan federasiya rəhbəri saxlanılıb

İrəvanda Avropaya miqrant daşıyan federasiya rəhbəri saxlanılıb
Ermənistanda idman federasiyası rəhbəri saxlanılıb.
Yenixeber.org: Ölkənin Milli Təhlükəsizlik Xidməti vətəndaşların Avropa İttifaqı ölkələrinə qeyri-qanuni mühacirətini təşkil edən qruplaşmanı aşkarlayıb.
Qurumun yaydığı məlumata görə, "Muay Thai" (Tay boks-red.) federasiyasının rəhbəri A.B. 2022-ci ilin avqust-noyabr aylarında hər vətəndaş üçün 3,4-dən tutmuş 7 min dollara qədər vəsait alaraq onların üçüncü ölkələrə emiqrasiyasını təşkil edib. Xüsusilə, o, daşıdığı vətəndaşların Şengen ölkələrinə viza alması üçün təmsil etdiyi federasiyanın idmançıları və ya məşqçiləri olması barədə saxta sənədlər təqdim edib.
“Cinayətkar qruplaşma üzvünün mənzilində və avtomobilində, habelə federasiyanın ofisində aparılan axtarışlar nəticəsində çoxlu sayda saxta sənədlər, boş şablonlar, habelə cinayət prosesi üçün əhəmiyyət kəsb edən digər məlumatlar aşkar edilərək götürülüb”, - Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin yaydığı məlumatda yazılıb.
Artıq qrup üzvlərindən birinin də həbs edildiyi bildirilir. O da vurğulanır ki, cinayətdə iştirak edən bütün şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Ermənistanın "Muay Thai" federasiyasının rəhbəri Artak Brutyandır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam