Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Şengen vizası müraciətlərinə ən çox bu ölkə imtina cavabı verib -Devalvasiyadan sonra rəqəmlər dəyişib...

2015-ci ildə baş verən devalvasiyadan sonra Azərbaycan vətəndaşlarının Şengen vizası üçün müraciətlərinə rədd cavabı verilməsi halları artıb.

Yenixeber.org: Schengenvisainfo.com resursunda təqdim olunan göstəricilərdə devalvasiyanın qeydə alındığı 2015-ci ildən öncə azərbaycanlıların Şengen vizası üçün müraciətlərinin cəmi 4 faizinə imtina cavabı verilib. Devalvasiyanın ağır təsirlərinin ən çox hiss edildiyi 2017-ci ildə isə bütün müraciətlərin 14 faizinə "yox" deyilib. Deməli, üç il ərzində Şengen vizası müraciətlərinə imtina payı üç dəfədən çox artıb. 2017-ci ildən bəri Şengen vizası müraciətinə imtina alan azərbaycanlıların toplam müraciətçilər içərisindəki payı ikirəqəmli həddə olub.

Xatırladaq ki, Şengen əazisində ölkələrarası gömrük və sərhəd məntəqələri olmadığından Şengen vizasını alan şəxs 26 ölkənin daxil olduğu bu ərazidə sərbəst səyahət hüququ qazanır.

Devalvasiyasonrası illərdə imtina sayının artması ilə yanaşı, toplam müraciət sayında da azalma qeydə alınıb. Əgər 2014-2015-ci illərdə Şengen vizası üçün müraciətçilərin orta illik sayı 70 min nəfər idisə, 2016-2019-cu illərdə bu rəqəm 15 faizə yaxın azalaraq təxminən 60 min nəfər olub. Pandemiya məhdudiyyətlərinin qüvvəyə mindiyi 2020-ci ildənsə bütövlükdə Şengen vizası müraciətlərinin sayında kəskin eniş qeydə alınıb. Həmin il 10 min 651; 2021-ci ildəsə 12 min 627 nəfər Şengen vizası almaq istəyib.

Şengen vizası müraciətləri ilə bağlı diqqətçəkən daha bir məqam ölkələrin imtina göstəriciləriylə bağlıdır. Açıqlanan statistik göstəricilərə görə, ötən il azərbaycanlıların viza müraciətinə ən çox Almaniya səfirliyi imtina cavabı verib. İl boyunca Almaniya səfirliyinə Azərbaycandan 3 min 708 Şengen vizası müraciəti daxil olub. Həmin müraciətlərdən 396-sı, yəni bütün müraciətlərin 11 faizə yaxını imtina ilə nəticələnib. Litva (8.8 faiz), Macarıstan (7.63 faiz) və İtaliya da (7.42 faiz) Şengen vizası müraciətlərinə ən çox imtina qeydə alınan ölkələr arasındadır. Toplamda Azərbaycandan Şengen vizası üçün ən çox Almaniya (3 min 708), Fransa (3 min 498) və Macarıstan (1 min 998) səfirliklərinə müraciət edilib.

Pandemiyaöncəsi 2019-cu ilin göstəricilərinə üz tutmaq maraqlıdır. Həmin ilin göstəricilərindən aydın olur ki, o vaxt Azərbaycandan Şengen vizası üçün ən çox Fransa (18 min 261), Almaniya (14 min 460) və İtaliyaya (10 min 825) müraciət qeydə alınıb. Azərbaycan vətəndaşlarına ən çox Yunanıstan (17.36 faiz), Litva (15.06 faiz), Almaniya (13.55 faiz) səfirlikləri imtina cavabı verib.

Şengen vizasına müraciətlə bağlı Azərbaycanla qonşu ölkələrin nəticələri də maraq doğurur. Güney Qafqaz ölkələrinin göstəricilərinə baxınca aydın olur ki, ötən il Gürcüstandan daxil olan Şengen vizası müraciətlərinin 14 faizinə, Ermənistandan eyni müraciətlərinsə 11 faizinə "yox" deyilib. Maraqlıdır ki, 2018-2020-ci illərdə Gürcüstandan daxil olan müraciətlərin 40 faizə yaxınına imtina cavabı verilib. Ötən il Türkiyədən daxil olan viza müraciətlərinin də 20 faizə yaxınına "yox" deyilib. Burada diqqətçəkən məqam - Türkiyədən müraciətlərə imtina payının 2016-cı ildən sonra dörd dəfəyə yaxın artmasıdır.

Ötən ilədək Rusiyada da imtinaların toplam müraciətlərdəki payı 2 faizdən aşağı olsa da, 2021-ci ildə bu göstərici 4 faizi ötüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam