“İranda yaxın vaxtlarda etiraz fəallığı və tətillərin artması gözlənilir” -ABŞ institutu

“İranda yaxın vaxtlarda etiraz fəallığı və tətillərin artması gözlənilir”.
Yenixeber.org: Bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb.
İnstitut xatırladıb ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən, noyabrın 23-də deyib ki, İraq mərkəzi hökuməti İran-İraq sərhədi bölgəsindəki kürd yaraqlılarını tərksilah etmək barədə öhdəlik götürüb: “İran rəhbərliyi İraq hakimiyyətindən İraq Kürdüstanındakı kürd yaraqlıları tərksilah etməyi və oradan çıxarmağı dəfələrlə tələb edib. İraqın mərkəzi hökumətinin İranın tələblərini təmin edib-etməyəcəyi hələ də bəlli deyil”.
Məlumata görə, İranda vətəndaş müharibəsinin qarşısının alınması məqsədilə referendum təklifləri səslənir.