Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“XƏYANƏTİN TARİXÇƏSİ”: ABŞ-kürd münasibətlərinin gizli mənşəyi bugünkü fəlakəti izah edir

Brayan Gibson

“Foreign Policy”, 14.10.2019

 

Yenixeber.org: 30 iyun 1972-ci ildə iki kürd – İdris Bərzani və Mahmud Osman Virciniya ştatındakı Lenqliyə, CIA-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) qərargahına gəldilər və agentliyin əfsanəvi direktoru Riçard Helmsin ofisinə gətirildilər. Onlar ABŞ siyasətindəki təəccüblü bir dəyişikliyi müzakirə etdilər. Prezident Riçard Niksonun milli təhlükəsizlik üzrə müşaviri Henri Kissincer Helmsi şəxsən kürdlərə Amerika rəğbətini ifadə etməsi və “kömək xahişlərini nəzərdən keçirməyə hazır olduğunu” əmin etmə ilə səlahiyyətləndirmişdi.

10 ildən çox idi ki, kürdlər İraq hökumətinə qarşı mübarizə aparır və ABŞ-dan kömək üçün saysız-hesabsız xahişlər edirdi. Helms indi ABŞ-ın fikrini dəyişdirdiyini açıqladı. Amma tezliklə yenidən hər şeyin dəyişəcəyini qeyd edə bilmədi.

ABŞ-ın kürdlərdən imtinasının uzun tarixini əksər müşahidəçilər yaxşı başa düşürlər. Əsasən unudulan şey budur ki, bu cür xəyanətlər əvvəlcə tərəflərin bir araya gəlməsini nəzərə alaraq tamamilə proqnozlaşdırılırdı. Doğrudan da, ABŞ-kürd münasibətlərinin böyük ölçüdə açılmamış mənşəyini anlamadan prezident Donald Trumpın ABŞ-ın müttəfiq kürdlərə qarşı Suriyada müharibə aparmaqda Türkiyəni dəstəkləmək qərarını qavramaq mümkün deyil.

Tarixi köklər 1920-ci illərə qədər gedib çıxır. Dünyadakı ən böyük etnik qruplardan biri olan və dövləti mövcud olmayan kürdlərə Sevr müqaviləsində muxtariyyət verildiyi zamana. Ancaq o zamanın iki böyük gücü – İngiltərə və Fransa 1923-cü ildə geri çəkilib və kürd ərazilərini müasir Türkiyə, İran, İraq və Suriya arasında bölüblər. Kürdlər bu xəyanətə qarşı üsyan edib və İngiltərə, Fransa, İran və Türkiyə tərəfindən ram olunublar. Onillik nisbi sakitlikdən sonra isə kürdlər Haşimi monarxiyasının devirən 1958-ci ilin İraq inqilabından sonra yenidən muxtariyyət əldə etməyə çalışıblar.

1961-ci ilin sentyabrında İraq Kürdüstanında müharibə başlayandan sonra ABŞ hökuməti müdaxilə etməmək siyasətini qəbul edib. O dövrdə ABŞ siyasətinin başlıca məqsədi Bağdadla yaxşı münasibətləri saxlamaq idi və 1947-ci ildən Sovet İttifaqında 11 illik (1947-1958) sürgün həyatını nəzərə alaraq kürd üsyançı lideri Mustafa Bərzaninin kommunist casusu olduğuna dair həmişə şübhə vardı.

Ancaq bölgədəki 2 Amerika müttəfiqi – İsrail və İranın fikrincə, İraq kürdləri Bağdaddakı radikal ərəb millətçi rejimini çəkindirmək üçün istismar edilə biləcək ideoloji və strateji müttəfiq ola bilərdi. 1962-ci ilin ortalarından başlayaraq İran şahı öz kəşfiyyat idarəsi olan SAVAK-a Bağdaddakı rejimin sabitliyini pozmaq üçün İraqın şimalındakı kürd üsyançılarının maliyyələşdirilməsinə kömək göstərməsini tapşırıb. Baş nazir David Ben-Qurion kürdləri Bağdaddakı radikal ərəb rejiminə qarşı strateji müttəfiq kimi tanıdıqdan sonra israillilər də 1964-cü ildə İranın rəhbərlik etdiyi müdaxiləyə qoşulublar.

Növbəti on ildə İran və İsrailin strategiyası sadə idi: kürdlər Bağdad üçün açıq və indiki kimi, təhlükə təqdim etdikcə, İraq hərbi qüvvələri müharibə vəziyyətində İsrailə qarşı güc tətbiq və ya İranın Fars körfəzindəki ambisiyalarını təhdid edə bilməzdi. Bu, 1967-ci ildə, İsrailə qarşı ərəb müharibəsində və 1973-cü ildəki müharibədə İraqın yəhudi dövlətinə qarşı yalnız bir zirehli diviziya formalaşdırdığı zaman aşkar olub. Çünki hərbi qüvvələrinin 80 faizi Şimali İraqda idi.

Amerikalılar yavaş-yavaş özlərinə gəliblər. 1960-cı illərin ortalarından bəri həm iranlılar, həm də israillilər Ağ Evi öz müdaxilə siyasətinə yenidən baxmağa çalışıblar; ABŞ xarici xidmət məmurları ilə mütəmadi görüşən iraqlı kürdlər də. Sonuncular həmişə nəzakətli, lakin qəti bir imtina ilə qarşılanıblar.

Bu mövqe 1968-ci ilin iyul ayında BƏƏS Partiyasının rəhbərliyini gənc Səddam Hüseyn ələ keçirdikdən sonra və sonrakı 35 ildə İraqda hakim siyasi qüvvə kimi möhkəmlənəndə dəyişib. 1970-ci ilin mart ayında Səddam kürdlərə qarşı müharibənin boşa çıxması nəticəsinə gəlib və şəxsən şimala gedərək Bərzani ilə görüşüb.

Səddam vahid İraq daxilində kürd muxtariyyətinə yönəlmiş hər bir tələbə razılıq verib, lakin bu proqramın 1974-cü ilə qədər icra olunmayacağını bildirib. Əslində, mart razılaşması hər iki tərəf üçün vaxt udmaq mənası daşıyıb: Səddam hakimiyyətini möhkəmləndirə bilib, Bərzani güclü müttəfiq qazanıb –ABŞ.

Mart razılaşmasından sonra Səddam İraqı Sovetlərin qucağına atıb. 1971-ci ilin dekabrında İraq Moskva ilə silah müqaviləsi, 1972-ci ilin aprelində isə dostluq və əməkdaşlıq sazişi imzalayıb. Növbəti ay, Nikson müvəffəqiyyətli Moskva zirvəsindən qayıdarkən, Tehrana gəlib. Səfər əsnasında İraqda sabitliyi pozulmaq niyyəti ilə kürdlərə kömək etmək şah Niksona təzyiq edib.

Riskləri diqqətlə nəzərdən keçirdikdən sonra Nikson administrasiyası Qərb maraqları naminə kürdlərə kömək etmənin kifayət qədər əhəmiyyətli olduğuna qərar verib. Niksonun yaşıl işığından sonra Kissincer əməliyyata başlayıb. 1972-ci ilin avqustu ilə 1974-cü ilin sonları arasında İraq-Kürd müharibəsi yenidən başlayanda, Nikson aministrasiyası iranlılar, israillilər və kürdlərlə Bağdada qarşı məsləhətləşmələr aparıb. Bu, silahlar təchizatı və kürd döyüşçülərinin müasir döyüş texnikası ilə təlim keçməsi demək idi. Beləliklə, kürdlərlə Bağdad arasındakı münasibətlər sürətlə pisləşib.

1974-cü ilin əvvəlində Səddam mart razılaşmasının şərtlərini pozub və birtərəfli qaydada kürdlər üçün nisbi muxtariyyət tətbiq edib. Bərzani İrana səfər edərək, şah və CIA rezidenti ilə görüşüb, ABŞ-ı Ərəb-Kürd hökumətinin qurulması planını dəstəkləməsini istəyib. Kissincer 1999-cu il tarixli “Yenilənmə İlləri” adlı xatirəsində yazdığı kimi, Bərzaninin tələbi ABŞ rəsmiləri arasında “rabitə selinə səbəb olub” və 2 məsələyə diqqət yetirilib: Birləşmiş Ştatlar birtərəfli muxtariyyəti dəstəkləyəcəkmi və ABŞ-ın hansı səviyyədə kürdlərə dəstək verəcək…

CIA ABŞ yardımlarının artmasına qarşı idi. Lakin Kissincer CIA direktoru Uilyam Kolbinin xəbərdarlığına əhəmiyyət verməyib. “Kolbinin etirazı Bərzaninin coşqunluğu qədər qeyri-gerçək idi. Nikson 1 milyon dollarlıq qaçqın yardımı və 900 min dollarlıq sovet silahını kürdlərə göndərtdi.

1974-cü ilin aprelində Kissiner ABŞ-ın Tehrandakı səfirinə Niksonun əmrlərini çatdırıb. Bu teleqram kürdlərlə bağlı ABŞ-ın maraqlarını açıqlayırdı: “(a) Bağdad hökuməti tərəfindən hüquqların tanınması məqsədilə danışıqlar aparmaq üçün kürdlərə imkan vermək; (b) indiki İraq hökumətinin əl-qolunu bağlamaq, lakin (c) müstəqil kürd bölgəsi iqtisadi cəhətdən əlverişli olmadığı üçün İraqın daimi bölünməsinə imkan verməmək; ABŞ və İran mötədil İraqla yaxşı münasibətlərə qapı bağlamağa maraqlı deyil”.

ABŞ-ın uzun müddətli kürd hökumətinə dəstəyinin mümkün olmadığı, bunun gizli qala bilməyəcəyi və ABŞ hökumətində şahın adını çəkməməklə, kürd dövlətinin həyat qabiliyyəti ilə bağlı dərin narahatlıqları da açıqlanırdı. Böyük kürd azlığını nəzərə alaraq, İranın kürd müstəqilliyinə dair öz narahatlığı vardı. Bu məqam kürdlərə ABŞ-la münasibətlərinin əvvəlində çatdırılıb və “kürd əməliyyatı” boyunca təkrar edilib.

Məhz həmin məqam kürdlərin hər zaman üzləşdiyi əsas problemə, yəni coğrafi məsələyə işıq salır. Müstəqil Kürdüstanın dəniz yolu yoxdur və Türkiyə, İran, İraq və Suriya kimi xarici və düşmən güclərə güvənmədən o, beynəlxalq iqtisadiyyatda iştirak edə bilməz. Məsələn, kürdlər neft və ya təbii qaz ixrac etmək istəsəydilər, beynəlxalq bazarlara çıxmaq üçün qonşu ölkə ərazisindən boru kəmərləri çəkməli idi. Bu ölkələrin heç biri razılaşmasa, kürd iqtisadiyyatı məhv olardı. Hava səyahətləri də xarici havadarlara etibar ediləcəkdi, çünki Kürdüstana uçuşlar düşmən ölkələrin, artıq ABŞ-la müttəfiq ölkələrin hava məkanlarından keçməli idi. Buna görə də, kürdlərə və onların məqsədinə dərin təəssübə baxmayaraq, Birləşmiş Ştatların kürd müstəqilliyini dəstəkləmək istəməməsi həmişə açıq olub.

1974-cü ilin sonlarında İraq ordusu sovet hərbi müşavirlərinin rəhbərliyi sayəsində kürdlərə qarşı geniş hücuma başlayıb. İran və İsrailin kürdləri hərbi cəhətdən gücləndirmək səylərinə baxmayaraq, iraqlılar 1974-1975-ci illərin qışında mövqelərini qoruyub. Bu, Kissincer və israilliləri kürdlərə 28 milyon dollar dəyərində silah təminatına dair bir plan hazırlamağa vadar edib.

Lakin çox gec idi – geosiyasət xalısı kürdlərin altından çıxmışdı. 18 fevral 1975-ci ildə Sürixdə şah Kissincerlə görüşüb. O, Kissincerə kürdlərin artıq “şücaət imkanı qalmadığını” bildirib. Şah Səddamla mart ayında, OPEC konfransında  görüşməyi düşünüb. Siyasi dəstək müqabilində sərhəd güzəşti əldə etmək üçün. Kissincer memuarlarında yazır ki, şahın təklifinə qarşı çıxıb və “kürdlərin iflasının bütün ərazini qeyri-sabitləşdirəcəyinə dair dəfələrlə etdiyi öz xəbərdarlıqlarını” İran hökmdarının yadına salıb.

Bunun artıq heç biri əhəmiyyəti yox idi. Martın 6-da şah və Səddam bir-birinin işlərinə qarışmamağın qarşılığında İran-İraq sərhədi boyunca strateji su yolu olan Şatt əl-Ərəb çayı üzərində qismən suverenlik mübadiləsi aparan Əlcəzair Sazişini imzalayıblar.

Kürd müdaxiləsi iflas edib. Şah kürdləri qurdların ağzına atıb: İranın İraqla sərhədini bağlamağı əmr edib. Sərhəd bağlandıqdan sonra amerikalılar və israillilər kürdlərə davamlı yardım göstərməkdə aciz qalıblar. Ertəsi gün iraqlılar kürdlərə qarşı hərbi qüvvələrini cəmləyib və minlərlə mülki insanı İrana qaçmağa məcbur ediblər. CIA zabitləri və İsrail xüsusi təyinatlıları heyrətə gəlib. 3 il yorulmadan çalışan Kissincer də məyus olub. Qırğınların qarşısını almaq üçün edilə biləcək bir şey qalmayıb. İranın imtinası ilə Amerikanın köməyinə davam etmək qeyri-mümkün olub. Səddam qüvvələri kürdləri dağıdıb, 1400 kənd yerlə-yeksan edilib, minlərlə Bərzani tərəfdarı həbs olunub.

Amerikanın kürdlərə dəstək vermə siyasətinin bu faciəli sonu bu gün də əksini tapır. İraqdakı minlərlə kürd ABŞ, İran və İsrailin dəstəyi ləğv edildikdən sonra, 1980-ci illərdə İran-İraq müharibəsində kürdlər və ABŞ fərqli səngərlərdə olub. 1990-cı ildə İraq Küveytə hücum etdikdən sonra ABŞ kürdləri Səddam hökumətinə qarşı üsyan etməyə çağırıb. Amma Buş administrasiyası ehtiyac duyduğu anda onları tərk edib. 1991-ci ilin aprelində Ağ Ev səhvini başa düşüb və İraqın şimalında kürdlərə, nəhayət, sülh içində yaşamağa imkan verən “Komfort təmin etmə” əməliyyatını həyata keçirib. 1992-ci ildə İraq kürdləri İraqla müharibə və İŞİD-ə qarşı müharibə zamanı Amerikanın əvəzsiz müttəfiqinə çevrilib, muxtar Kürdüstan Regional Hökuməti qurulub.

Göründüyü kimi, Birləşmiş Ştatlar 1975-ci ildən bu günə etdiyi səhvləri, nəhayət, düzəldib. Ancaq son xəyanət şok yaratmayıb. ABŞ-ın əvvəldən niyyətlərini kürdlərə açıqlayıb.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam