Rusiya Ukraynanın şəhər və vilayətlərini növbəti dəfə raket atəşinə tutub
Rusiya ordusu Ukraynanın şəhər və vilayətlərini növbəti dəfə raket hücumuna məruz qoyub.
Yenixeber.org: Odessa, Nikolayev, Kiyev vilayətlərinə, həmçinin İzyum, Kremençuq, Dnepr, Xerson şəhərlərinə raket atılıb.
Hazırda Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri raketləri zərərsizləşdirməyə çalışır.