Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

İranda etirazçıya ölüm hökmü çıxarılıb

          İran məhkəməsi Tehran vilayətində etirazçılardan birinə ilkin ölüm hökmü çıxarıb.

Yenixeber.org: Məlumata görə, saxlanılan şəxs “hökumət binasını yandırmaqda” və “kütləvi iğtişaşlar təşkil etməkdə” ittiham olunub. Bundan əlavə, “dincliyi pozmaqda” və “ölkənin milli təhlükəsizliyinə qarşı cinayətlər törətməkdə” təqsirləndirilən etirazçıya qarşı 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 5 məhkəmə qərarı çıxarılıb.

Agentlik vurğulayıb ki, bu, ilkin hökmdür və ondan apellyasiya şikayəti verilə bilər.

Qeyd edək ki, İranda hicab geyimi qaydasını pozduğuna görə əxlaq polis tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı yaranmış iğtişaşlar sentyabr ayından başlayıb. Rəsmi Tehran etirazları amansızcasına yatırıb, ölkədə sosial şəbəkələrə və internetə çıxış məhdudlaşdırılıb.

Məlumata görə, 57 gün davam edən etiraz aksiyaları zamanı 50-si uşaq olmaqla 330 nəfər həlak olub.

Dünyanın bir sıra ölkələri vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.(İSNA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam