Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azad edilmiş ərazilərə qayıdan ailələrə uşaqpulu verilməsi təklif olunur

 

"Böyük Qayıdış layihəsi çərçivəsində azad edilmiş ərazilərə qayıdaraq məskunlaşan ailələrə uşaqpulu verilməsi yaxşı addım olardı".

Yenixeber.org: Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı noyabrın 11-də keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son dövrlər Azərbaycanda 0-19 yaş qrupu üzrə əhalinin sayı azalır: “Əvəzində isə 65 yaş üstü insanların sayı artır. Bu da bütün dünyada demoqrafik qocalmanın olduğunu göstərir. Təklif edirəm ki, azad edilmiş ərazilərdə həm məskunlaşma, həm də demoqrafik vəziyyət baxımından uşaqpulu məhz oradakı vətəndaşlara verilsin”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam