Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Dnepropetrovsk vilayətinə çoxsaylı dron hücumu -Rus ordusu böyük itkilər verir

Yenixeber.org: Vilayət qubernatoru Valentin Rezniçenko Dnepr şəhərində logistika müəssisəsinə zərb endirildiyini, dörd işçinin yaralandığını, onlardan üçünün ağır vəziyyətdə olduğunu deyib.

Vilayətdəki Nikopol rayonu isə Qrad raketləri və ağır artilleriya ilə bombardman olunub. Rezniçenkonun sözlərinə görə, fərdi evlərə, fabrikə, elektrik xəttinə ziyan deyib, ancaq əhalidən xəsarət alan olmayıb. 3 min kv metrdən çox ərazidə yanğın söndürülüb.

Rusiya qüvvələri Dnepropetrovsku, xüsusilə Nikopol, Krivorizki və Sinelnik rayonlarını müxtəlif növ silahlardan atəşə tuturlar.

Prezident Volodimir Zelenski isə Ukraynanın ağır döyüşlər gedən Donetskdə torpağının bircə santimetrini belə təslim etməyəcəyini deyib. O, əsgərlərə Donbas regionunda mövqelərini saxladığına görə təşəkkür edib.

Hazırda Donetskdə əsas döyüşlər Baxmut, Soledar və Avdiyevka şəhərləri ətrafında gedir.

“İşğalçılar aşırı yüksək fəallıq göstərirlər – hər gün onlarla hücum gerçəkləşdirirlər. Qeyri-adi yüksək itkilər verirlər. Amma göstəriş eynidir – Donetsk vilayətinin administrativ sərhədinə doğru irəliləmək. Torpağımızın bircə santimetrini belə verməyəcəyik”, – o vurğulayıb.

Donetsk Moskvanın qanunsuz ilhaqını elan etdiyi Ukraynanın dörd vilayətindən biridir. 2014-cü ildən – Rusiya Krımı qanunsuz ilhaq edəndən bu vilayətdə döyüşlər gedir.

Cənubdakı Nikolayev vilayətində də ağır döyüşlərin getdiyi bildirilir. Xerson vilayətində isə Rusiya işğalçıları Ukrayna qüvvələrinn əks-hücumuna hazırlaşırlar. Xerson Krım vilayətnə yeganə quru yolunun üzərindədir. Ukrayna ordusu Rusiya qüvvələrini Xersonu talan etməkdə, infrastrukturu dağıtmaqda ittiham edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam