Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Şimali Koreya Yapon dənizinə ballistik raket atıb


Şimali Koreya çərşənbə günü Yapon dənizinə ballistik raket atıb.
Yenixeber.org: Bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Yapon mühafizəçiləri Pxenyanın buraxdığı raketin artıq düşdüyünü qeyd edib və bölgədəki gəmiləri raket parçaları aşkarlandıqda onlara yaxınlaşmamağa, dərhal səlahiyyətlilərlə əlaqə saxlamağa çağırıb.
Hökumət mənbələrinin məlumatına görə, raket Yaponiyanın Yaponiya dənizindəki eksklüziv iqtisadi zonasından kənara düşüb.
Yaponiyanın baş naziri Fumio Kişidanın ofisi nəzdində Pxenyanın yeni raket buraxılışı ilə bağlı məlumat toplayan və təhlil edən böhran qərargahı işə başlayıb. Yaponiya Müdafiə Nazirliyi də bu raket buraxılışı ilə bağlı məlumatları təhlil edir. Hər hansı dağıntı barədə məlumat verilməyib.
Yaponiyanın müdafiə naziri Yasukazu Hamada jurnalistlərə bildirib ki, ballistik raket 50 km maksimum uçuş hündürlüyündə təxminən 250 km uçub.
Qeyd edək ki, ilin əvvəlindən KXDR artıq 32 raket buraxılışı həyata keçirib, onlardan 13-ü təkcə noyabrda baş verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam