Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Zərdabda maarifləndirmə tədbiri keçirilib -FOTOLAR

 
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Zərdab şəhəri 2 saylı tam orta məktəbdə "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib.
Yenixeber.org: Tədbirdə çıxış edən Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı Murad Muradlı dövrümüzün bəlası olan “ağ ölümün” insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb. O, bildirib ki, bu bəlanın qurbanına çevrilən şəxslər sağlam həyata qayıtmağa çətinlik çəkir, vaxt keçdikcə isə cəmiyyətdən tamamilə təcrid olunmağa başlayırlar. Zərərli maddələrin aludəçiliyindən qurtula bilməyən gənclər, öz həyatlarını bilə-bilə məhv edirlər. 
Daha sonra çıxış edən digər iştirakçılar narkomaniyanın tək ölkəmiz üçün deyil, bütün dünya üçün təhlükə mənbəyi olduğunu və narkomaniyaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışaraq son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətindən bəhs ediblər
Tədbirin sonunda məktəblilərə narkomaniyanın  zərərlərini əks etdirən videoçarx nümayiş olunub.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam