Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İcbari Tibbi Sığorta Fondu büdcədənkənar fonda çevriləcək

İcbari Tibbi Sığorta Fondu büdcədənkənar fonda çevriləcək
          İcbari Tibbi Sığorta Fondu adlı büdcədənkənar dövlət fondu yaradılacaq.
Yenixeber.org: Bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb. Rəydə qeyd edilib ki, İcbari Tibbi Sığorta Fondu adlı büdcədənkənar dövlət fondunun yaradılması ilə bağlı “Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb. Eyni zamanda 2023-cü ilin icmal büdcəsi hesablanarkən İcbari Tibbi Sığorta üzrə Dövlət Fondunun gəlir və xərcləri nəzərə alınıb.

Dövlət büdcəsində transfert və ayrılmalar üzrə növbəti il üzrə proqnozlaşdırılan əhəmiyyətli artım da əsasən, yeni büdcədənkənar fondun yaradılması və bu istiqamətdə 1 milyard 263 milyon 800 min manat vəsaitin nəzərdə tutulması ilə bağlıdır. Həmin fond üzrə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanmasına 1 milyard 134 milyon 100 min manat, səhiyyə sahəsində dövlət proqramları və tədbirlərə isə 129 milyon 700 min manat proqnozlaşdırılıb.

Əvvəlki illərdə adıçəkilən xərclər əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı adı altında dövlət büdcəsinin xərclərinə daxil edilmişdi. Bu sahədə 2022-ci ildə gözlənilən icra 1 milyard 80 milyon 600 min manat təşkil edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam