Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycanda elektron səhiyyə ilə bağlı ümumi bir platforma yaradılır

 

"Azərbaycanda elektron səhiyyə ilə bağlı ümumi bir platformanın yaradılması müzakirə olunur".

Yenixeber.org: Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektronlaşma ilə bağlı çox böyük işlər görüldüyünü xatırladan sədr qeyd edib ki, xəstəxanalarda artıq bütün pasiyentlərin qeydiyyatı elektron formada aparılır.

Onun sözlərinə görə, vətəndaşlar şəxsi kabinetə daxil olub aldıqları tibbi xidmətlərə dair məlumatı onlayn əldə edə bilirlər.

50-yə yaxın tibb müəssisəsinin laboratoriyasının elektronlaşdırıldığını vurğulayan Z.Əliyev deyib ki, görülən işlərə rəğmən ümumi sistemdə fraqmentasiyalar mövcuddur: "Elektron səhiyyə ilə bağlı ölkədə ümumi bir platformanın yaradılması müzakirə olunur. Bu platformaya Səhiyyə Nazirliyi, TƏBİB, digər nazirliklərin tabeliyindəki tibb müəssisələrinin, həmçinin özəl tibb müəssisələrinin inteqrasiyası nəzərdən keçirilir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam