Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

İcbari tibbi sığorta:bu dəfə hansı təkliflər var?

 

Azərbaycanda əhalinin adambaşına 90 manat olmaqla dövlət büdcəsi hesabına sığortalanması nəzərə tutulub. Bu, üç il ərzində baş verməlidir.

Yenixeber.org: Azərbaycanda icbari tibbi sığortanın 2020-ci ilin yanvarın 1-dən ölkəboyu tətbiq ediləcəyi nəzərdə tutulsa da, gələn ilə iki aydan az qalmış vaxtda yeni təkliflər verilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirib ki, onlar 2020-ci ildə icbari tibbi sığortanın ölkəboyu yox, mərhələli şəkildə tətbiq olunması ilə bağlı təklifləri hökumətə təqdim ediblər.

İcbari tibbi sığortanın ökə boyu mərhələli tətbiqi təklifinə səbəb kimi riskləri azaltmaq, tibb müəssisələrini və əhalini prosesə hazırlamaq, islahatın əhatə dairəsinin genişliyi və tibb müəssisələrinin yeni maliyyələşmə mexanizminə keçidi göstərilib.

Agentlik ölkədə icbari tibbi sığortanın hər biri üç ay olmaqla dörd mərhələdə həyata keçirilməsini təklif edir. Şimal və şimal-qərb rayonlarının birinci mərhələdə, Bakı və Abşeron rayonunun isə sonuncu mərhələdə yer alacağı nəzərdə tutulur.

Tibbi ekspert, professor Adil Qeybulla deyir ki, icbari tibbi sığortaya keçid mərhələli yox, bütün ölkəboyu həyata keçirilməlidir, lakin bu zaman müəyyən şərtlər ola bilər.

O hesab edir ki, dövlət bu gün imkanı çatan məbləğdə sığorta paketi götürülməli və buraya icbari tibbi sığortanın vacib komponentləri daxil edilməlidir.

Adil Qeybulla qeyd edir ki, bəzi xidmətlərin ödənişi hələlik vətəndaş və dövlət arasında bölünə bilərdi.

"Dünyanın hər yerində bu işə belə başlanılıb. Türkiyədə 2000-ci ilədək bəzi xidmətlər dövlət və vətəndaş arasında bölünürdü. Məsələn, doğuş və təxirəsalınmaz yardım birbaşa dövlətin üzərində idi".

         "Əgər beş-altı ay sonranı görə bilmirlərsə, prosesi necə təsəvvür edirlər?"

Professor hesab edir ki, "aidiyyatı qurumların icbari tibbi sığorta ilə bağlı son açıqlamaları onların bu prosesə tam hazır olmadıqlarını göstərir".

Cənab Qeybulla deyir ki, müəyyən nöqsanların olma ehtimal olsa da, icbari tibbi sığortanın ölkəboyu tətbiqi prosesinə start verilməli idi.

"Ölkə boyu tətbiq hər il bəhanələrlə uzadıla-uzadıla gedir, ortada isə nəticə yoxdur. Nəyə görə mütəxəssislər dəvət olunmur, onlarla məsləhətləşmələr aparılmır, ictimai rəy nəzərə alınmır? Bəs, qurumlar açıqlamaları verəndə icbari tibbi sığortanın 2020-ci ilin yanvarın 1-dən ölkəboyu tətbiq olunacağını hesablamamışdılarmı? Əgər bunlar hesablanmayıbsa, nəzərə alınmayıbsa, deməli, qeyri-kompetentdirlər və reallığı görmürlər".

               "Bütün əhali 90 manat həcmində icbari tibbi sığorta paketi alacaq"

Millət vəkili, Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyir ki, dünya təcrübəsində icbari tibbi sığorta bütün ölkələrdə mərhələli şəkildə tətbiq olunur.

"Bütün ölkəni əhatə edən sistem çətin işə düşür. Problem olmasın,, insanlara daha keyfiyyətli xidmət göstərilsin və aşkar olunan problemlər vaxtında həll olunsun deyə ölkə ərazisi təxminən dörd hissəyə bölünür və icbari tibbi sığortanın tətbiqi dörd kvartal ərzində həyata keçirilir. Qarşıya qoyduğumuz əsas məqsəd odur ki, 2020-ci ildə Azərbaycanda icbari tibbi sığortanın tətbiqi tam təmin olunsun".

Deputat tibb işçilərinin kadr məsələləri ilə bağlı müəyyən problemlərin çıxacağını ehtimal etsə də, ölkədə yetərli kadr ehtiyatının və müəssisələrin olduğunu düşünür.

Musa Quliyev söyləyir ki, bütün əhali 90 manat həcmində icbari tibbi sığorta paketi alacaq:

"Əvvəlki variantda nəzərdə tutulmuşdu ki, işləməyən, özünüməşğul əhali, sığortaya cəlb olunmayan insanlar ayda 10 manat, yəni, ildə 120 manat ödəməklə sığorta oluna bilərlər. İndi isə prezident 3 il ərzində bütün kateqoriyadan olan insanların, yəni 10 milyon əhalinin 90 manat həcmində olmaqla dövlət büdcəsinin hesabına sığortalanması haqda tövsiyə verib və bu nəzərə alınıb".

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi bildirir ki, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 2%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.

Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən isə aylıq hesablanmış əməyin ödənişi fondunun 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5% miqdarında icbari tibbi sığorta haqqının ödənilməsi müəyyənləşdirilib.

yüksək təzyiqFotonun müəllifi: ADAM BERRY

İqtisadçı Azər Mehtiyev deyir ki, yanvarın 1-dən icbari tibbi sığortanı ölkəboyu tətbiq etmək imkanının olmaması gözlənilən idi, çünki çox sayda həllini tapmamış məsələlər var.

O hesab edir ki, icbari tibbi sığortanın üç rayon ərazisində bir neçə il pilot layihə qismində tətbiq olunmasına baxmayaraq, ölkəboyu tətbiq üçün bütün zəruri addımların atıldığını söyləmək mümkün deyil.

"Düzdür, müəyyən qanunvericilik təklifləri artıq Milli Məclisdə müzakirə olunur, amma hətta dəyişiklər belə müəyyən zaman tələb edir ki, bundan sonra müvafiq hazırlıq işləri həyata keçirilsin. Məsələn, bugünədək icbari tibbi sığorta fondu haqda danışılmır və onun yaradılması haqda qanunvericiliyə dəyişiklik edilməyib. Halbuki, icbari tibbi sığorta ayırmaları yığılan zaman onun ayrıca fonda köçürülməsi və fonddan idarə olunması çox vacib şərtdir".

Cənab Mehtiyev söyləyir ki, "təxminən 4 milyon özünüməşğul adı altında təsnif olunan - işsiz və ya əmək müqaviləsi ilə işləməyən əhalinin icbari tibbi sığorta haqqını ödəmə gücü sual altında qalmışdı və hər hansı ciddi araşdırmalar aparılmamışdı".

Onun sözlərinə görə, qurumlar arasındakı sinxronlaşdırılmanın aparılmaması və maraqlar toqquşması bu islahatlara mane olur.

Azər Mehtiyev deyir ki, prezident İlham Əliyevin 2007-ci ildə icbari tibbi sığorta haqda sərəncamı olsa da, yalnız 2014-cü ildə - xüsusilə neft gəlirlərinin azalmasından sonra prosesə keçidin zəruriliyi meydana çıxdı.

"Burada iki əsas problemdən biri bütün hallarda islahatların həyata keçirilməsi ilə bağlı hökumətin daxilində vahid yanaşmanın olmaması - hətta prezident səviyyəsində göstəriş verilməsinə rəğmən bu prosesə yetərli diqqətin ayırılmamasıdır. İkinci məqam isə, maraqlar münaqişəsidir. Bu islahatın həyata keçməsini istəməyən, səhiyyə sistemindəki mövcud korrupsion mexanizmlərdən çox böyük miqdarda vəsait mənimsəyənlər bu kanallardan məhrum olmaq istəmirlər və bütün cəhdlərlə bu islahatlara mane olmağa çalışırlar".

İqtisadçı təəssüflənir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2017-ci ildən Mingəçevir, Ağdaş və Yevlax şəhərində tətbiq etdiyi icbari tibbi sığortanın pilot layihəsi zamanı görülən işlər və üzə çıxan məsələlər barədə ətraflı hesabat açıqlanmayıb.

İcbari Tibbi Sığorta Dövlət Agentliyinə dövlət büdcəsindən ötən il 24.5 milyon, 2018-ci ildə isə təxminən 37 milyon manat vəsait ayrılıb.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam