Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Astanada MDB Dövlət Başçıları Şurasının iclası keçirilir -Prezident İlham Əliyev iclasda iştirak edir

 

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

Yenixeber.org: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

İclasda həmçinin Rusiya Prezidenti Vladimir Putin, Belarusun dövlət başçısı Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Ermənistanın baş naziri Nikol Paşinyan və MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak edir.

İclasda iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.

Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası işə başlayıb.

Sammitdə MDB-nin 2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə yenilənmiş proqramı, MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunun verilməsi, MDB-yə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması müzakirə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam