Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Ukraynanın NATO-ya üzv olması prosesi artıq başlayıb" -Deputat

Yenixeber.org: Bunu Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasından olan depuat David Araxamia teleqramda yazıb.

O bildirib ki, artıq 11 ölkə Kiyevin bu təşəbbüsünü dəstəkləyib: “Bizim rəsmi müraciətimiz artıq NATO-nun Brüsseldəki mənzil-qərargahındadır. Proses başlayıb, geriyə dönüş yoxdur”.

D.Araxamia Ukraynanı dəstəkləyən ölkələrin adlarını da açıqlayıb: “Artıq tək deyilik. Bizi 11 ölkə, o cümlədən Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya açıq şəkildə dəstəkləyib. Məqsədimizə mütləq çatacağıq. Məqsədlərimiz kiməsə qeyri-real və ya çox iddialı görünsə belə. Dünya dəyişib. Biz onu dəyişmişik və yeni dünyada ölkəmiz öz layiqli yerini tutacaq”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 30-da ölkəsinin sürətləndirilmiş əsaslarla NATO-ya üzvlük ərizəsini imzalayıb.

Ukraynanın Alyansdakı səfiri Nataliya Qalibarenko deyib ki, Kiyevin NATO-ya üzvlüyü ilə bağlı müzakirələr oktyabrın ortalarından başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam