Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Çempionlar Liqası və Avropa Liqasının püşkü atılacaq

 

Bu gün futbol üzrə Çempionlar Liqası (ÇL) və Avropa Liqasının 2015/2016 mövsümü üçün püşkü atılacaq.
"Xeberinfo.com":  "Report"un məlumatına görə, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək.
Bakı vaxtı ilə saat 15:00-da start götürəcək ÇL-in püşkatmasında Azərbaycan Premyer Liqasının 2014/2015 mövsümünün qalibi "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisi mübarizəyə II təsnifat mərhələsindən başlayacaq və səpələnmişlər səbətində yer alıb. Nəticədə Azərbaycan klubu nisbətən zəif komandalarla mübarizə aparacaq.
Çempionlar Liqasının səpələnmişlər və səpələnməmişlər səbətində yer alan komandalar:
Səpələnmişlər: "Qarabağ" (Azərbaycan), "Styaua" (Rumıniya), "Seltik" (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Lex" (Polşa), "Partizan" (Serbiya), "Malmö" (İsveç), "Molde" (Norveç), HİK (Finladniya), "Midtyilland" (Danimarka), "Videoton" (Macarıstan), "Skenderbeu" (Albaniya).
Səpələnməmişlər: "Sarayevo" (Bosniya və Herseqovina), "Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Rudar" (Çernoqoriya), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta), I təsnifat mərhələsinin 4 qalibi.
Qitənin ən nüfuzlu futbol turnirində I təsnifat mərhələsindən start verəcək komandalar: "TNS (Uels), “Levadiya” (Estoniya), “Pünik” (Ermənistan), “Santa Koloma” (Andorra), “Kruzaders” (Şimali İrlandiya), B-36 (Farer adaları), “Linkoln” (Cəbəllürariq), “Folqor” (San-Marino).
Avropa Liqasının püşkatması isə Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Azərbaycan təmsilçilərindən "Neftçi" və "İnter" səpələnmişlər, "Qəbələ" isə səpələnməmişlər səbətində yer alıb.
Səpələnmişlər: "Neftçi", "İnter" (hər ikisi Azərbaycan), "Vest Hem" (İngiltərə), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), "Elfsborq" (İsveç), "Hayduk" (Split, Xorvatiya), "Apollon" (Kipr), "Omoniya" (Kipr), "Slovan" (Bratislava, Slovakiya), AİK (İsveç), "Şlask" (Polşa), "Jilina" (Slovakiya), "Aktobe" (Qazaxıstan), “Qo Ahed İqlz” (Hollandiya), "Srvena Zvezda" (Serbiya), "Debretsen" (Macarıstan), "Brondbü" (Danimarka), "Şaxtyor" (Soliqorsk, Belarus), "Dinamo" (Tbilisi, Gürcüstan), "Liteks" (Bolqarıstan), "Voyvodina" (Serbiya), "Spartak" (Trnava, Slovakiya), "Hafnarfyordur" (İslandiya), "Sent-Conston" (Şotlandiya), "Jelezniçar" (Bosniya və Hersoqovina), "Randers" (Danimarka), "Srtömsqodset" (Norveç), "Reykyavik" (İslandiya), "Yagelloniya" (Polşa), "Botoşani" (Rumıniya), "Lokomotiv" (Zaqreb, Xorvatiya), “Şemrok Rovers” (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Linfild" (Şimali İrlandiya), "Beroe" (Bolqarıstan), "Valletta" (Malta), "Differdanj" (Lüksemburq), "Rabotniçki" (Makedoniya), "Torpedo" (Jodino, Belarus), "Aberdin" (Şotlandiya), "Daçiya" (Moldova), "Koper" (Sloveniya), "Sent-Patriks" (İrlandiya), "Beytar" (Yerusəlim, İsrail), “Jrinski” (Xorvatiya), “HB Torshavn” (Farer adaları), "Buduçnost" (Monteneqro), "Birkirkara" (Malta), "Domjale" (Sloveniya), "Vaduts" (Lixtenşteyn).
Səpələnməmişlər: "Qəbələ" (Azərbaycan), "Çukariçki" (Serbiya), "Selye" (Sloveniya), Ferentsvaroş” (Macarıstan), "Nomme Kalyu" (Estoniya), "Flora" (Estoniya), "Sutyeska" (Monteneqro), "Skonto" (Latviya), "Vikinqur" (Farer adaları), "Renova" (Makedoniya), "Odds" (Norveç), "Kukesi" (Albaniya), "Şkendiya" (Makedoniya), "Kayrat" (Qazaxıstan), "Ordabaşı" (Qazaxıstan), MTK (Macarıstan), "Şirak" (Ermənistan), "Mladost" (Monteneqro), "Laçi" (Albaniya),"Ulisses" (Ermənistan), "Saxan" (Moldova), "Qlentoran" (Şimali İrlandiya), VPS (Finlandiya), "Dinamo" (Batumi, Gürcüstan), "Spartak" (Tsxinvali, Gürcüstan), "Slima" (Estoniya), "Lusitanos" (Andorra), SJK (Finlandiya), "Lahti" (Finlandiya), "Vikinqur" (İslaniya), "Jelqava" (Latviya), "Olimpik" (Sarayevo, Bosniya və Herseqovina), NSİ (Farer adaları), "Sent-Culiya" (Andorra), "Atlantas" (Litva), "Qlenavon" (Şimali İrlandiya), "Kork Siti" (İrlandiya), UCD (İrlandiya), "Kruoya" (Litva), "La Fiorita" (San Marino), AUK (Uels), "Partizani" (Albaniya), "Proqres" (Lüksemburq), "Trakay" (Litva), "Spartaks" (Latviya), "Balzan" (Malta), "Bala Taun" (Uels), "Juvenes" (San Marino), "Nyutaun" (Uels), "Alaşkert" (Ermənistan), "Kollec" (Cəbəllütariq), "Çerno More" (Bolqarıstan).
Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları 21-22 iyulda keçiriləcək. Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları iyulun 9-da baş tutacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam