Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycanlılar İsveç parlamentinin önündə piket keçirib


İsveçdə fəaliyyət göstərən Azərbaycan icması ölkə parlamentinin qarşısında piket keçirib.

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Stokholmun Minttorget (Mynttorget) meydanında baş tutan aksiya zamanı soydaşlarımız Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata və ölkəmizə qarşı aparılan təcavüzkar siyasətə etiraz ediblər.

Azərbaycannın və İsveçin dövlət bayraqlarının dalğalandırıldığı aksiyada “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, təcavüzkar siyasətini dayandır!”, “Ermənistan, terroru dayandır!”, “Etmənistan, regionda təxribatçı olma, hərbi təxribatlarını dayandır!” və sair şüarlar səsləndirilib. Ölkəmizin ərazilərində Ermənistan tərəfindən minaların basdırılması, Azərbaycanın tarixi-mədəni abidələrinin dağıdılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı narahatlıq bildirilib.

Soydaşlarımız İsveç siyasi dairələrinin və ictimaiyyətinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam