Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ukrayna Ordusu uzunmüddətli hücuma hazırdır -Xersonda son durum

Yenixeber.org: Son sutkada şiddətli döyüşlərin getdiyi Ukraynanın Xerson vilayətindən son məlumatları təqdim edir.

Vilayət Hərbi Administrasiyasının məlumatına görə, şəhərin mikrorayonlarından birində Rusiya hərbçiləri partizanları axtarmaq üçün evlərdə axtarış aparıblar.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhərki hesabatında Xerson vilayətində baş verənləri şərh etməyib.

Böyük Britaniya kəşfiyyatı isə Ukrayna hərbçilərinin ölkənin cənubunda Rusiya işğalçılarına qarşı hücumda artıq müəyyən uğurlar əldə etdiyini bildirib.

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində cəbhə xəttini irəli çəkməyə nail olub: “Rusiya çox güman ki, əvvəlcədən təyin edilmiş mobil ehtiyat bölmələrindən istifadə edərək öz xəttindəki boşluqları bağlamağa çalışacaq. Onların arasında, yəqin ki, Şərq Qoşunları Qrupunun nümayəndələri də olacaq. Bu bölmələrin operativ səmərəliliyi məlum deyil. 3-cü Ordu Korpusu, çox güman ki, tam komplektləşdirilməyib və bu döyüşçülər məhdud hazırlıqdan keçiblər”.

Bundan başqa, Ukraynanın “Riq-Melitopol” teleqram kanalı xəbər verir ki, avqustun 31-də səhər saatlarında hərbi texnika karvanları Melitopoldan keçərək Xersona doğru hərəkət edib: “Bu gün saat 05.30-da "Beynəlmiləlçi döyüşçülər" küçəsi ilə 7 ədəd “Ural” və “KamAZ” markalı yük maşınlarından ibarət qapalı tentli kolonna keçib. Saat 06.00-da tentli 8 yük maşınından ibarət daha bir karvan həmin küçə ilə şimaldan cənuba doğru irəliləyib. 06.30-da silahları olan 45 “Ural”, “KamAZ” eyni marşrutla gedib".

ABŞ mərkəzli Müharibənin Araşdırılması İnstitutu (MAİ) bildirib ki, Ukrayna hərbçiləri tərəfindən Rusiya qoşunlarının təchizat yollarının məhv edilməsi Ukrayna Silahlı Qüvvələrinin regionda uzunmüddətli hücuma hazır olduğunu göstərə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam