Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Azərbaycanda bəzi telefon nömrələri fəaliyyətini dayandırır

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (“Baktelekom”) 511 və 555 prefiksi ilə fəaliyyət göstərən CDMA (Code Divizion Multiple Access) texnologiyasının xidməti fəaliyyətini tam dayandırır.  

Yenixeber.org: CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsi 31 avqust 2022-ci il tarixindən dayandırılacaq.

Bu barədə “Aztelekom” MMC-dən sorğuya belə cavab verilib: 

“CDMA (Code Division Multiple Access) texnologiyasının əhəmiyyətli dərəcədə köhnəldiyini nəzərə alaraq, “Aztelekom” MMC bu xidməti 31 avqust 2022-ci il tarixindən dayandıracaq. 

511 və 555 prefiksli indekslə fəaliyyət göstərən CDMA texnologiyası xidməti “Aztelekom”un abonentlərinin çox az hissəsi tərəfindən istifadə edilirdi. Xidmətin dayandırılması ilə əlaqədar abonentlərə digər texnologiyalar üzərindən alternativ xidmətlər təklif edilib. Məlumat üçün qeyd edək ki, xidmətin dayandırılması ilə bağlı xəbərdarlıq müxtəlif kanallar vasitəsilə paylaşılıb”.

Qeyd edək ki, CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsidir. CDMA texnologiyası adi şəhər nömrəsindən danışığın və səsin yüksək keyfiyyətlə ötürülməsini təmin edir. “Baktelecom” 2005-ci ilin oktyabr ayından əhaliyə CDMA xidməti göstərir. “Baktelecom”un CDMA şəbəkəsi Bakı şəhəri və Abşeron yarımadasını əhatə edir və bu xidmət abunəçilərə 511/555 indeksləri ilə təqdim edilir.

“Baktelecom”un CDMA şəbəkəsi ilə “AzTelekom” MMC-nin CDMA şəbəkəsi arasında olan rouminq xidməti sayəsində “Baktelecom” öz abunəçilərinə respublikanın bütün ərazisində xidmət göstərə bilirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam