Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

FHN:"Türkiyədən Azərbaycana daha 20 nəfərdən artıq peşəkar psixoloq gələcək"

"Fövqəladə Hallar Nazirliyi tərəfindən psixoloji problemlər yaşayan qazilərimizə, eyni zamanda doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə psixoloji yardım davam etdiriləcək".

Yenixeber.org: Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) şöbə rəisi Xanım Sofiyeva mətbuat konfransında deyib.

O bildirilib ki, bu qəbildən olan insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə FHN-in dəvəti ilə Türkiyədən Azərbaycana gəlmiş peşəkar psixoterapevtlər və nazirliyin psixoloqlarının birgə iştirakı ilə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib.

X.Sofiyeva söyləyib ki, bunun davamı olaraq, sentyabrın 5-dən etibarən FHN-in dəvəti ilə Türkiyədən yenidən 20 nəfərdən artıq peşəkar psixoloq ölkəmizdə olacaq.

O vurğulayıb ki, Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirəcəklər.

Şöbə rəisi nəzərə çatdırb ki, Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçünnazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam