Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Yoluxmalara görə karantin rejimi sərtləşdirilə bilər? -TƏBİB rəsmisindən AÇIQLAMA

Yenixeber.org: Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.

Onun sözlərinə görə, yoluxma sayının artmasına baxmayaraq, xəstəxanalarda ciddi bir yataq problemi yaşanmır.

"Daha öncə COVID-19 dalğalarında gördüyümüz çətin vəziyyəti indi müşahidə etmirik. Yoluxma sayının artması dolayı yolla ağır xəstələrinin sayının artmasına gətirib çıxara bilər. Lakin karantin rejimini sərtləşdirilməsi daha çox ağır xəstə hallarının artması ilə əlaqədardır. Əgər xəstəxanalarda yer problemi yaranarsa, o zaman təbii ki, karantin rejimini sərtləşdirilməsi nəzərdən keçirilə bilər. Buna Operativ Qərargah tərəfindən mövcud vəziyyət ciddi təhlil edildikdən sonra qərar veriləcəkdir", - deyə o bildirib.

V.Əliyev hazırki vəziyyəti qənaətbəxş hesab etdiyini vurğulayıb.

"İstənilən halda insanlar ehtiyatlı davranmalıdır. Qapalı məkanlarda yaxın təmasda olmamalı, ara məsafəsi saxlamalı, gigiyenik qaydalara əməl etməli və vaksinasiya olunmalıdır. Düşünürəm ki, ümumilikdə hazırki vəziyyət karantin rejimiin sərtləşdirilməsinə ehtiyac yaratmır. Lakin yaxın günlərdə vəziyyət yoluxma sayı və xəstələyin ağırlıq dərəcəsi ilə əlaqədar olaraq gözdən keçirilə bilər və qərarlar da bunu əsasında verilə bilər", - deyə, o əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam