Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Rusiyanın Ukraynaya raket hücumu nəticəsində 12 dinc sakin ölüb, 13 nəfər yaralanıb

 

Ukraynanın Dnepropetrovsk və Zaporojye vilayətlərinə raket hücumu nəticəsində 12 dinc sakin ölüb, 13 nəfər yaralanıb.

Yenixeber.org: Dnepropetrovsk vilayəti hərbi administrasiyasının başçısı Valentin Rezniçenkonun sözlərinə görə, Rusiya vilayətin Nikopol və Marqans rayonlarında yaşayış binalarına 80 reaktiv mərmi atıb: “Nəticədə 11 dinc sakin ölüb, 13 nəfər isə yaralanıb. Düşmən bu rayonu iki dəfə “Qrad”dan atəşə tutub”.

O qeyd edib ki, Marqansda 20-dən çox çoxmərtəbəli yaşayış binasına, mədəniyyət sarayına, yataqxanalara, iki məktəbə, şəhər soveti binasına və daha bir neçə inzibati tikiliyə ziyan dəyib. Administrasiya başçısı vurğulayıb ki, Bışetarasovkanın Mirovsk kəndində 11 həyət evi və təbii qaz kəmərinə ziyan dəyib.

Zaporojye şəhər sovetinin katibi Andrey Kurtev isə bildirib ki, Rusiyanın vilayətin Kuşuqum rayonuna raket hücumu nəticəsində 1 qadın ölüb, 3 yaşayış evi dağılıb, təxminən 30 evə isə ziyan dəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam